Allahverdi Həsənov
Allahverdi Həsənov | |
---|---|
Həsənov Allahverdi Biyakir oğlu | |
![]() | |
Allahverdi Həsənov. | |
Doğum tarixi | 16 fevral 1957 |
Doğum yeri |
Kiş, (indiki Şəki) rayonu, ![]() ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu, 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsi (şöbənin müdiri) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1973–1978) • Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutu, aspirantura (1980–) |
Allahverdi Həsənov — texnika elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunun 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
16 fevral 1957-ci il tarixdə (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1973-cü ildə Kiş kənd 1 №-li orta məktəbini bitirib.
1973 – 1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1980-cı ildə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1978-ci ildə təyinat üzrə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun riyazi modelləşdirmə üzrə xüsusi konstruktor bürosunda işə başlayıb.
1992-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışmış, daha sonra isə 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri olmuşdur.
İkinci iş yerləri[redaktə | HTML redaktə]
Azərbaycan Memarlıq və İnşaat Universitetində professor (0,5 ştat) vəzifəsində çalışır.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1984-cü ildə deformasiya edən bərk cisimlərin mexanikası ixtisası üzrə “Özlü elastik mühitlərdə qərarlaşmamış istilik mexaniki dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını,
2005-ci ildə “Mexaniki sistemlərin xarici qeyri-stasionar təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış 140 elmi əsərin (28-si xarici ölkədə çap olunmaqla) müəllifidir. 4 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Həsənov Allahverdi // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 236-237. — 1.000 nüsx.
- "İdarəetmə Sistemləri İnstitutu elmlər doktorları/Həsənov Allahverdi Biyakir oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 23 Sep 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |