Almaz Məmmədova
Almaz Məmmədova | |
---|---|
Məmmədova Almaz | |
![]() | |
Almaz Məmmədova. |
Almaz Məmmədova — tanınmış pedaqoq, dil-ədəbiyyat müəllimi. Ədəbi-bədii yaradıcılıqla da məşğuldur və iki şeir kitabının müəllifidir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1964-cü ildə Nuxa şəhər 11 №-li orta məktəbinin 8-ci sinfini bitirib.
1964 – 1968-ci illərdə Şuşa Pedaqoji Texnikumunda,
1984 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1968 – 1993-cü illərdə Cəbrayıl rayonun Tatar kənd orta məktəbində,
1993-cü ildən sonra Şəki rayonunun Çeşməli kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
Ədəbi-bədii və publisistik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Gənc yaşlarından ədəbi-bədii yaradıcılıqla, publisistika ilə məşğul olub. Şeirləri dövri-mətbuatda çap edilib. Cəbrayılda çıxan “Kolxozçu” qəzetinin ştatdankənar müxbiri idi.
2006-cı ildə “Həsrət dolu ömür” adlı şeirlər kitabı,
2017-cı ildə isə “Nur çeşməsi” adlı şeirlər kitabı çap olunub.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1993 – 2004-cü illərdə Şəki Şəhər Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvü olub.
Sovet dövründə və müstəqillik illərində Azərbaycan Qadınlarının qurultaylarının iştirakçısı olub və bu qurultaylarda çıxışlar edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Orsər R. Almaz Məmmədova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 515-518. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş[HTML redaktə]
...
...
- Skript xətası olan səhifələr
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr