Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Azad Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Azad Əhmədov
Əhmədov Azad Allahyar oğlu
Azad Əhmədov
Azad Əhmədov.
Doğum tarixi 18 sentyabr 1939(1939-09-18)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 oktyabr 1990 (51 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Allahyar Əhmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı Elektrotexniki Rabitə Texnikumu (1957–1960)

 • Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, axşam şöbəsi (1964–)

Azad Əhmədov (1939–1990) — rabitəçi-mühəndis, Bakı şəhər Mərkəzi Telefon Qovşağının baş mühəndisi. Daha əvvəllər Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon telefon qovşağının rəisi və s. bu kimi bir sıra məsul vəzifələrdə də çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

18 sentyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa 10 №-li orta məktəbində,

1957 – 1960-cı illərdə Bakı Elektrotexniki Rabitə Texnikumunda təhsil alıb.

1964-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olub.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1960 – 1963-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1963-cü ildən Nuxa şəhər ATS-ində elektromexanik,

1964 – 1968-ci illərdə Bakı şəhərindəki 65 indeksli ATS-də böyük elektromexanik,

1968 – 1969-cu illərdə Bakı şəhərindəki 93 indeksli ATS-də böyük mühəndis,

1969 – 1977-ci illərdə Mərkəzi Telefon Qovşağında baş mühəndis, daha sonra müxtəlif illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon telefon qovşağının rəisi, Tikilən Müəssisələrin Direktorluğunun rəisi, Bakı şəhər Telefon Şəbəkəsinin mərkəzi abonent şöbəsinin rəisi, Mərkəzi Telefon Qovşağının baş mühəndisi vəzifəsində çalışıb.

Vəfatı[redaktə | HTML redaktə]

15 oktyabr 1990-cı il tarixdə – 51 yaşında, faciəli şəkildə Bakıda həlak olub.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəli idi. 2 övlad atası olub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Bəşirov R., Hacıyev N. Əhmədov Azad Allahyar oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 168.
  2. Əhmədov Azad Allahyar oğlu // Məzunlar / Akif Əli. — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 102. — ISBN 978-9952-8176-4-5.