Baba Babazadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Baba Babazadə
Baba Hüseynəli oğlu Babazadə (Babayev)
Baba Babazadə
Baba Babazadə.
Doğum tarixi 17 mart 1955(1955-03-17)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 6 may 2011 (56 yaşında)
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1977–1982)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura (1984–1987)

Baba Babazadə (1955–2011) — filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

17 mart 1955-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirib.

1976-ci ildə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin hazırlıq şöbəsinə daxil olub.

1977 – 1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində,

1984 – 1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1982-ci ildən Quba rayonunun Talabı kənd məktəbində müəllim,

1988-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində baş laborant vəzifəsində çalışıb.

1995 – 2011-ci illərdə Bakı Dövlət Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında işləyib; o cümlədən, həmin kafedrada

1995-ci ildən dosent,

2000-ci ildən kafedranın müdiri,

2006-cı ildə professor əvəzi vəzifəsini tutub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1988-ci ildə “XX əsrin satirik nəsrində tipikləşdirmə” mövzusunda namizədlik dissertasiyasını,

2004-cü ildə “XX əsr Azərbaycan ədəbiyyatında bədii tip problemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi,

2011-ci ildə isə professor elmi adını alıb.

Əsərləri[Vizual redaktə | HTML redaktə]

  1. Bədii ədəbiyyatda tipiklik (dərs vəsaiti). Bakı: APU nəşriyyatı, 1992, 92 səh.
  2. Tənqidi realist ədəbiyyatda bədii tip məsələsi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
  3. Maarifpərvər ədəbiyyatda xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 124 səh.
  4. Romantizm və bədii xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
  5. Ədəbi xarakter və tip. Bakı: Elm nəşriyyatı, 1999, 96 səh.
  6. “Kitabi Dədə Qorqud” dastanında bədii təhkiyə. Bakı: Elm nəşriyyatı, 2000, 60 səh.
  7. Klassik ədəbiyyatda bahariyyələr (nəzəriyyə və poetik məsələlər). Bakı: BDU nəşri, 2000, 40 səh.
  8. XX əsr satirik şerində tip və tipiklik. Bakı: BDU nəşri, 2000, 102 səh.
  9. Prof. İnayət Bəktaşi – 70 (həyatı və yaradıcılığı). Bakı: BDU nəşri, 2001, 32 səh.
  10. Azərbaycan sentimentalizmi. Bakı: BDU nəşri, 2003, 110 səh.

Digər[Vizual redaktə | HTML redaktə]

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

2008-ci ildə Azərbaycan Kütləvi informasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı Lauriyatı adını almışdır.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

6 may 2011-ci il tarixdə – 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Babayev Baba Hüseynəli oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 60-61. — 1.000 nüsx.