Baba Babazadə
Baba Babazadə | |
---|---|
Baba Hüseynəli oğlu Babazadə (Babayev) | |
Baba Babazadə. | |
Doğum tarixi | 17 mart 1955 |
Doğum yeri | Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 6 may 2011 (56 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1977–1982) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura (1984–1987) |
Baba Babazadə (1955–2011) — filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
17 mart 1955-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirib.
1976-ci ildə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin hazırlıq şöbəsinə daxil olub.
1977 – 1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində,
1984 – 1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1982-ci ildən Quba rayonunun Talabı kənd məktəbində müəllim,
1988-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində baş laborant vəzifəsində çalışıb.
1995 – 2011-ci illərdə Bakı Dövlət Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında işləyib; o cümlədən, həmin kafedrada
1995-ci ildən dosent,
2000-ci ildən kafedranın müdiri,
2006-cı ildə professor əvəzi vəzifəsini tutub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1988-ci ildə “XX əsrin satirik nəsrində tipikləşdirmə” mövzusunda namizədlik dissertasiyasını,
2004-cü ildə “XX əsr Azərbaycan ədəbiyyatında bədii tip problemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi,
2011-ci ildə isə professor elmi adını alıb.
Əsərləri[redaktə | HTML redaktə]
- Bədii ədəbiyyatda tipiklik (dərs vəsaiti). Bakı: APU nəşriyyatı, 1992, 92 səh.
- Tənqidi realist ədəbiyyatda bədii tip məsələsi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
- Maarifpərvər ədəbiyyatda xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 124 səh.
- Romantizm və bədii xarakter problemi. Bakı: Şirvannəşr, 1998, 90 səh.
- Ədəbi xarakter və tip. Bakı: Elm nəşriyyatı, 1999, 96 səh.
- “Kitabi Dədə Qorqud” dastanında bədii təhkiyə. Bakı: Elm nəşriyyatı, 2000, 60 səh.
- Klassik ədəbiyyatda bahariyyələr (nəzəriyyə və poetik məsələlər). Bakı: BDU nəşri, 2000, 40 səh.
- XX əsr satirik şerində tip və tipiklik. Bakı: BDU nəşri, 2000, 102 səh.
- Prof. İnayət Bəktaşi – 70 (həyatı və yaradıcılığı). Bakı: BDU nəşri, 2001, 32 səh.
- Azərbaycan sentimentalizmi. Bakı: BDU nəşri, 2003, 110 səh.
Digər[redaktə | HTML redaktə]
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
2008-ci ildə Azərbaycan Kütləvi informasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı Lauriyatı adını almışdır.
Vəfatı[redaktə | HTML redaktə]
6 may 2011-ci il tarixdə – 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Babayev Baba Hüseynəli oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 60-61. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- 1955-ci ildə doğulanlar
- 17 martda doğulanlar
- Martda doğulanlar
- 6 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə