Cahangir İsmayılov
Cahangir İsmayılov | |
---|---|
İsmayılov Cahangir Səlim oglu | |
![]() | |
Cahangir İsmayılov. |
Cahangir İsmayılov (1936–2010) — iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit kafedrasının dosenti.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
12 iyun 1936-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1945 – 1955-ci illərdə Baş Göynük kənd orta məktəbində
1959 – 1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
1967-ci ildə qiyabi aspiranturaya daxil olub.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1955 – 1958-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1964-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində,
1966-cı ildən Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda işləyib; o cümlədən,
1975-ci ildən dosent vəzifəsini tutub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1972-ci ildə “Sənaye müəssisələrində hazır məhsul uçotu informasiyasının təhlili və təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
6 dərs vəsaiti və 20 elmi məqaləsi çap olunub.
Müxtəlif illərdə Moskva, Kiyev, Donetsk, Lvov və Leninqradda elmi-praktik konfranslarda iştirak edib.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
15 yanvar 2010-cu il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 287-288. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
...