Dünyamin Yunusov
Dünyamin Yunusov | |
---|---|
Yunusov Dünyamin Nurqələm oğlu | |
Dünyamin Yunusov. |
Dünyamin Yunusov (1951–2017) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru.
Haqqında məlumatlar
10 yanvar 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1957 – 1967-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,
1968 – 1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
1973 – 1974-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Elmi fəaliyyəti
1985-ci ildə “Müasir ingilis dilində “that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” mövzusunda namizədlik dissertasiyanı,
2007-ci ildə “Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1973-cü ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dilinin qrammatikası kafedrasında işləməyə başlayıb. O cümlədən, əvvəl müəllim, sonra baş müəllim,
1988-ci ildən dosent,
2008-ci ildən professor vəzifəsini tutub.
25 noyabr 2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edib.
Digər
Azərbaycan Dillər Universitetin “Dil və Ədəbiyyat” jurnalının baş redaktoru olub.
Vəfatı
28 mart 2017-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 556-557. — 1.000 nüsx.
- ADU-nun prorektoru Dünyamin Yunusov vəfat edib : [arx. 29 Mar 2017 - 13 Jun 2017] // [Trend ttps://az.trend.az/]. — 2017. — 29 mart. — Müraciət tarixi: 09.01.2022.
.