Həsən Əliyev
Həsən Əliyev | |
---|---|
Əliyev Həsən Əbdülkərim oğlu | |
![]() | |
Həsən Əliyev. |
Həsən Əliyev (1910–1970) — tanınmış teatr rejissoru və teatr aktyoru, pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 mart 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxada yeddiillik məktəbi bitirib.
1925 – 1928-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq ixtisası üzrə,
1928 – 1933-cü illərdə isə Leninqrad Dövlət Teatr İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1933-cü ildən sonra qısa fasilələrlə üç dəfə Sabir adına Nuxa Dövlət Dram Teatrının baş rejissoru olub.
1938 – 1942-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər,
1947 – 1951-ci illərdə Gənc Tamaşaçılar Teatrında baş rejissor, daha sonra, ömrünün son illərində isə “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1933 – 1946-cı illərdə, fasilələrlə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində,
1946 – 1968-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (17 iyun 1943-cü il).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
22 dekabr 1970-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olmuş və daha çox “Dəli Kür” filmindəki Rus Əhməd obrazı ilə yaddaşlara qalmış Eldar Əliyevin atası, Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti Dinarə Əliyevanın isə babasıdır.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Rəhimli İ. Həsən Əliyev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 346-347. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
Bildiriş[HTML redaktə]
...