Elxan İmamov
Elxan İmamov | |
---|---|
İmamov Elxan Məmmədsadıq oğlu | |
![]() | |
Elxan İmamov. |
Elxan İmamov (1949–1987) — fizika-riyaziyyat elmləri namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) atom və molekulların kvant mexanikası kafedrasının baş müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
20 yanvar 1949-cu il tarixində Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1965-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1965 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1971 – 1973-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində işləyib; o cümlədən,
1973-cü ildən atom və molekulların kvant mexanikası kafedrasında laborant,
1982-ci ildən isə baş müəllim vəzifəsini tutub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1980-ci ildə “Molekulların nəzəriyyəsində nüvə kvadrupol və spin-spin qarşılıqlı təsirlərin enerjisinin hesablanmasına dair” mövzuda dissertasiya müdafiə edib və riyazi fizika üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Elmi jurnallarda çap 30-dan artıq məqaləsi çap olunub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
28 sentyabr 1987-ci il tarixdə – 38 yaşında, uzun sürən ağır xəstəlikdən sonra Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. İmanov Elxan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 278-279. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
...