Fuad İsmayılov
Fuad İsmayılov | |
---|---|
İsmayılov Fuad Mustafa oğlu | |
Fuad İsmayılov. | |
Doğum tarixi | 15 iyun 1924 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | ? + 2005 |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• Stalin adına Nuxa Pedaqoji Texnikumu, cəmi 3 kurs • Azərbaycan Tibb İnstitutu (1941–1942 və 1945–1950) |
Mükafatları |
|
Fuad İsmayılov (1924–+2005) — tanınmış həkim, pedaqoq və alim, Türkmənistan SSR əməkdar həkimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru. Uzun müddət Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun ftiziopulmonologiya kafedrasına müdiri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 iyun 1924-сü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Əvvəl Nuxa şəhər 5 №-li orta məktəbində, sonra 3-cü kursadək Stalin adına Nuxa Pedaqoji Texnikumunda, daha sonra Bakı şəhər 15 №-li orta məktəbində,
1941 – 1942 və 1945 – 1950-ci illərdə isə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
Hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]
20 avqust 1942-ci il tarixdə Bakı şəhər Voroşilov rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. İkinci Dünya müharibəsi iştirakçısıdır. 1945-ci ildə qvardiya starşinası əsgəri rütbəsi ilə 1-ci tank batalyonunda baş radist-pulyomotçu olaraq xidmət edirdi.
30 aprel 1945-ci il tarixdə Berlində yaralanıb və 2-ci dərəcəli Vətən müharibəsi əlili kimi ordudan tərxis olunub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1950 – 1953-cü illərdə Türkmənistan SSR-in Taşauz vilayətindəki dəri-zöhrəvi dispanserində əvvəl həkim, sonra baş həkimin müavini, daha sonra baş həkim,
1953 – 1959-cu illərdə Aşqabad şəhərinin Kalinin qəsəbəsində yerləşən vərəm sanatoriyasında baş həkim,
1959 – 1962-ci illərdə Türkmənistan SSR Səhiyyə Nazirliyinin vərəm dispanserində baş həkim,
1962-ci ildən Türkmənistan SSR Səhiyyə Nazirliyinin Vərəm Elmi-Tədqiqat İnstitutunda elmi işlər üzrə müdir müavini və cərrahiyyə şöbəsinin rəhbəri,
1970-ci Azərbaycan SSR Vərəm Elmi-Tədqiqat İnstitutunun elm üzrə müdir müavini vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
1969-cu ildən Azərbaycan SSR Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrasına müdiri,
1976 – 1993-cü illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun ftiziopulmonologiya kafedrasına müdiri olub.
1993-cü ildən Azərbaycan Tibb İnstitutunun ftiziopulmonologiya kafedrasına professor kimi əmək və pedaqoji fəaliyyətini davam etdirib.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1963-cü ildə namizədlik dissertasiyasını,
1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
1971-ci ildə professor elmi adını alıb.
140 elmi məqalənin, 6 toplunun, 2 dərsliyin, 5 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. 2 elmlər doktoru, 5 elmlər namizədi yetişdirib.
Kitabları[redaktə | HTML redaktə]
- İsmayılov Fuad Mustafa oğlu. Müasir metodlarla vərəmin müalicəsi. “Ali məktəblər üçün dərsliklər və dərs vəsaitləri” seriyasından”.- Bakı: Maarif, 1996.- 316 s.
- İsmayılov Fuad Mustafa oğlu. Vərəm. Ali məktəblər üçün dərsliklər və dərs vəsaitləri” seriyasından.- Bakı: Maarif, 1986.- 294 s.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Varşavanın azad edilməsinə görə” medalı;
- “Berlinin alınmasına görə” medalı;
- 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni (1985)[1].
- Türkmənistan SSR əməkdar həkimi;
- “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı (2000).
Ailəsi[redaktə | HTML redaktə]
Atası: Mustafa Alıcanbəyov (?–1930), qardaşı (Fuad İsmayılovun əmisi) Bəhram Alıcanbəyovla (?–1930) birlikdə 1930-cu ildə siyasi ittihamlarla həbs edilərək güllələnib.
Babası (atasının atası): İsmayıl bəy Alıcanbəyov (?–1922), Nuxa türməsinin rəisi olub.
Nənəsi (atasının anası): Balaca xanım (?–1917), Şəki xanlarının nəslindən idi və evdar qadın olub.
Bibisi: Qönçə Qazıyeva (1916–1992), Azərbaycan SSR əməkdar həkimi, tibb elmləri namizədi olub və uzun müddət 26 Bakı Komissarları adına Bakı şəhər 1-ci dəmiryol xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. İynəbatırma üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri idi.
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Исмаилов Фуат Мустафаевич : [arx. 15.05.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 15.05.2022.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Fuad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 282-284. — 1.000 nüsx.
- Mete Ə. Alıcanbəyov nəsli // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 352-353. — 500 nüsx.
- Şükürov R., Orsər R. İsmayılov Fuad Mustafa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 166. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1924-cü ildə doğulanlar
- 15 iyunda doğulanlar
- İyunda doğulanlar
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər
- "Berlinin alınmasına görə" medalı ilə təltif edilənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə