Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Furman Muradov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Furman Muradov
Muradov Furman Bəkir oğlu
Furman Muradov
Furman Muradov.
Doğum tarixi 28 oktyabr 1939(1939-10-28)
Doğum yeri Nuxa (indiki Şəki) Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 4 noyabr 2016 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Bəkir Muradov
Anası Səyyarə Muradova
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu (1958–1962)

Furman Muradov (1939–2019) — tanınmış pedaqoq, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

28 noyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində

1958 – 1962-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1962-ci ildə Nuxa şəhər 3 №-li orta məktəbdə idman müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

1964 – 1966-cı illərdə Nuxa Pedaqoji Texnikumunda mülki-müdafiə fənnindən dərs deyib.

1966 – 1983-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbində,

1983-cü ildən sonra isə Şəki şəhər 19 №-li orta məktəbində bədən tərbiyyəsi və idman müəllimi işləyib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • “Mülkü-müdafiə əlaçısı” döş nişanı;
  • “Qabaqcıl maarif xadimi” döş nişanı;
  • Baş müəllim adı;
  • Ali dərəcəli müəllim adı (1993);
  • “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı (1996).

Vəfatı[redaktə | HTML redaktə]

4 noyabr 2016-cı il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

1966-cı ildə ailə qurmuşdur. Dörd övladı, beş nəvəsi var.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Bəşirov R., Hacıyev N. Muradov Furman Bəkir oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 154.
  2. Muradov Furman Bəkir oğlu // Məzunlar / Akif Əli. — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 221. — ISBN 978-9952-8176-4-5.