Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Fərman Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Fərman Hacıyev
Hacıyev Fərman Mustafa oğlu
Fərman Hacıyev
Fərman Hacıyev.
Doğum tarixi 15 noyabr 1929(1929-11-15)[qeyd 1]
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 18 avqust 2002 (72 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, inşaatçı fakültəsi (1947–1950)

 • Azərbaycan Politexnik İnstitutu, inşaatçı fakültəsi (1950–1953)
Həyat yoldaşı Hacıyeva Tamella Allahyar qızı
Atası Hacıyev Mustafa Hacıhəmid oğlu
Anası Hacıyeva Minayə Məmmədsadıq qızı
Mükafatları Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970
Adının digər versiyaları Ferman Haciyev, Farman Haciyev, Фарман Гаджиев, Ферман Гаджиев, Фәрман Һаҹыјев

Fərman Hacıyev (1929–2002) — dəniz neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri doktoru və professor. Texnika elmləri namizədi, Azərbaycan SSR Dövlət mükafatı laureatı İmran Hacıyevin (1929–2002) əkiz qardaşıdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 noyabr 1929-cu il tarixdə[qeyd 1] Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1947 – 1950-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun inşaatçı fakültəsində,

1950 – 1953-cü illərdə isə Azərbaycan Sənaye İnstitutunun bazasında yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunun inşaatçı fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1960-cı ildə texnika elmləri namizədi elmi dərəcəsini,

1991-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini alıb.

Neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə 200-dən çox elmi əsərin müəllifidir. 12 nəfər elmlər namizədi yetişdirmişdir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1953-cü ildən “Qipromorneft” (“Dənizneftqazlayihə”) Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) mühəndis-konstruktor,

1956-cı ildən böyük mühəndis,

1959-cu ildən layihə baş mühəndisi,

1961-ci ildən böyük elmi işçi,

1963-cü ildən dəniz neft yataqlarının strukturları şöbəsinin rəhbəri,

1979-cu ildən institutun baş mütəxəssisi,

1991-ci ildən sonra “Dənizneftqazlayihə” Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

1981-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat konstruksiyaları kafedrasında dosent,

1984-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat konstruksiyaları kafedrasında professor,

1991-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında professor vəzifəsində çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

1971-ci ildən Sov.İKP-nin üzvü olub.

“Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiya şurasının üzvü,

“Dənizneftqazlayihə” İnstitutu Elmi Şurasının üzvü,

Azərbaycan Dövlət Neft Akademiyasında dissertasiya müdafiəsi üzrə ixtisaslaşmış Elmi Şuranın sədr müavini,

Azərbaycan İnşaat Mühəndisləri Universitetində dissertasiya müdafiəsi üzrə İxtisaslaşmış Elmi Şuranın üzvü idi.

Vəfatı[redaktə | HTML redaktə]

18 avqust 2002-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Qeyd[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 Əkiz qardaşı İmran Hacıyevin (1929–2017) sənədlərində isə təvəllüd tarixi 1 ay fərqlidir: 15 dekabr 1929-cu il. Görünür sənıdləşmə zamanı əkizlərdən hansınınsa doğum tarixində texniki səhvə yol verilmişdir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. İmran və Fərman Hacıyevlərin şəxsi işləri. — Müraciət tarixi: 10.12.2023.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev Fərman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 216-217. — 1.000 nüsx.