Hüseyn Qarayev
Hüseyn Qarayev | |
---|---|
Qarayev Hüseyn Hacı İshaq əfəndi oğlu | |
Hüseyn Qarayev. | |
İlk adı | Hüseyn Əfəndizadə |
Təxəllüsü | Hüseyn Kişli |
Doğum tarixi | 1884 |
Doğum yeri | Kiş, Nuxa qəzası, Rusiya İmperiyası |
Vəfatı | fevral 1944 | (60 yaşında)
Vəfat yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Kiş kənd qəbiristanlığı |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Hüseyn Qarayev (1884–1944) — sovet dövrünün ilk onilliklərində Nuxanın tanınmış ziyalılarından biri olmuş şəxs. Pedaqoji sahə ilə yanaşı ədəbi-bədii fəaliyyətlə də məşğul idi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1884-cü ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
İlk təhsilini atası Hacı İshaq Əfəndidən alıb. Sonra təhsilini İstanbulda davam etdirib. Daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1930-cu illərdə Nuxada fəaliyyətə başlamış Sənaye Texnikumunun, sonralar isə Nuxa 5 №-li məktəbin direktoru olub. Müxtəlif illərdə Nuxa Pedaqoji Texnikumunda dərs deyib.
Ədəbi-bədii yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]
Hekayələr, dini-ruhani risalələr, seirlər yazıb və dövri-mətbuatda çap etdirib. 4 şeiri isə 2018-ci ildə Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda çap olunub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1944-cü ilin fevral ayında – 60 yaşında vəfat edib. Kiş kənd qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Orsər R. Hüseyn Kişli // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 159-162. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- 1884-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1944-cü ildə vəfat edənlər
- Fevralda vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr