Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Hüseynbala Abbasov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hüseynbala Abbasov
Abbasov Hüseynbala Cabbar oğlu
Hüseynbala Abbasov
Hüseynbala Abbasov.
Doğum tarixi 1898(1898-00-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi aprel 1942(1942-04-00) (44 yaşında)
Vəfat səbəbi döyüşdə itkin düşüb
Uşaqları Cabbarov Cavid, Cabbarzadə Şahid, Cabbarov Rauf, Abbasov Rasim, Abbasova Sevil
Həyat yoldaşı Abbasova Maral Adışirin qızı
Hərbi fəaliyyəti
Rütbə 1-ci dərəcəli texnik-intendant (rus.: техник-интендант 1 ранга)
Hərbi hissə 782-ci atıcı alay
Adının digər versiyaları Huseynbala Abbasov, Гусейнбала Аббасов, Һүсејнбала Аббасов

Hüseynbala Abbasov (1898–1942) — Böyük Vətən müharibəsində həlak olmuş şəxs.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1898-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

1930-cu illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin 3-cü konfransında və Azərbaycan KP Vartaşen rayon komitəsinin 2-ci konfransında plenum üzvü seçilib.

1941-ci il noyabr ayının 25-dən 782-ci atıcı alayın tərkibində 1-ci dərəcəli texnik-intendant (rus.: техник-интендант 1 ранга) olaraq Sevastopol şəhərinin müdafiəsində iştirak edib (6 fevral 1942-ci il tarixdə bu polk Sevastopol şəhəri ətrafındakı Balaklava adlı yerdə idi).

1942-ci ilin aprel ayında itkin düşmüş elan olunub. Sonralar həlak olması təsdiqlənib. Qəbri Sevastopoldadır.

Sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlar olmuş Mustafa CabbarzadəninQurban Abbasovun böyük qardaşıdır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Аббасов Гусейнбала Джаббар : [arx. 16.05.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.05.2023.