Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Teymur Cabbarlı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Teymur Cabbarlı
Cabbarlı Teymur Cabbar oğlu
Teymur Cabbarlı
Teymur Cabbarlı.
Anadan olub 1901(1901-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 26 noyabr 1970 (69 yaşında)
Dəfn yeri Bakı
Həyat yoldaşı Məhruzə
Uşaqları Qorxmaz və Solmaz
Atası Cabbar Abbas oğlu
Anası Sitarə Ağamirzə qızı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Ali Pedaqoji İnstitut, fizika-riyaziyyat fakültəsi (1922–1925)

 • Marksizm-leninizm axşam universiteti (1939–1940)
Mükafatları "Şərəf Nişanı" ordeni  — 1940"Qafqazın müdafiəsinə görə" medalı — 1944"Əmək igidliyinə görə" medalı  — 1945
Adının digər versiyaları Джаббарлы Теймур, Теймур Джаббарлы, Тејмур Ҹаббарлы, Ҹаббарлы Тејмур

Teymur Cabbarlı (1901–1970) — tanınmış pedaqoq, partiya və mədəni-maarif işçisi və rəhbər kadr. Şəki şəhər İcra hakimiyyətinin sabiq başçısı Murad Cabbarlının babasıdır.

Haqqında məlumatlar

1901-ci ildə Nuxada (indiki Şəki) dabbaqçı ailəsində anadan olub.

Təhsili

1908 – 1914-cü illərdə Nuxada “Vətən” milli məktəbində,

1914 – 1919-cu illərdə ali ibtidai məktəbdə,

1919-cu ilin yayında müəllim hazırlayan üçaylıqlıq kursda təhsil alıb.

1922 – 1925-ci illərdə Bakıda Ali Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsində,

1939 – 1940-cı illərdə Marksizm-leninizm axşam universitetində təhsil alıb.

Əmək fəaliyyəti

1919 – 1921-ci illərdə Nuxada ibtidai məktəbdə müəllim,

1921 – 1922-ci illərdə nümunə-zəhmət məktəbində müəllim,

1925 – 1926-cı illərdə Gəncə Pedaqoji Texnikumunda riyaziyyat müəllimi,

1926 – 1930-cu illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda riyaziyyat müəllimi,

1930 – 1932-ci illərdə Gəncə Sənaye Texnikumunda[qeyd 1] riyaziyyat müəllimi və tədris hissə müdiri,

1926 – 1930-cu illərdə Gəncə/Bakı Elektromexanika Texnikumunun[qeyd 2] direktoru,

1932-ci ilin sentyabrından – 1939-cu ilə qədər Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda metodist,

1939-cu ildən İxtisasartırma İnstitutunda riyaziyyat kafedrasının müdiri,

1942-ci ilin yanvar – mart aylarında Azərbaycan K(b)P Bakı şəhər Oktyabr rayon komitəsində təbliğat şöbəsinin müdiri,

1942-ci ilin mart ayından 1945-ci ilin fevral ayına qədər Azərbaycan K(b)P MK-də təşviqat sektorunun rəhbəri,

1945-ci ilin fevral ayından 1945-ci ilin sonunadək Azərbaycan K(b)P Bakı şəhər komitəsində təşkilat şöbəsinin rəhbəri,

1946 – 1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif Komitəsinin sədr müavini,

1953 – 1959-cu illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mədəni-maarif idarəsinin rəisi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1936-cı ildən 1942-ci ilin yanvar ayına qədər Azərbaycan SSR Dövlət Elmi-Tədqiqat Məktəb İnstitutunda çalışıb; o cümlədən, əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsini icra edən şəxs,

1940-cı ildən 1941-ci ilin mart ayına qədər institutun direktoru,

1941-ci ilin mart ayından 1942-ci ilin yanvar ayına qədər isə riyaziyyat üzrə elmi kabinənin rəhbəri olub.

İctimai-siyasi aktivliyi

1939-cu ildə Bakı şəhər Oktyabr rayon Sovetinin,

1948-ci ildə Bakı şəhər Voroşilov rayon Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Ailəsi

Atası Cabbar Abbas oğlu dabbaqçı idi. 1926-cı ildən sonra yaşının çoxluğu səbəbindən heç yerdə işləməyib. 1944-cü ildə vəfat edib.

Anası Sitarə Ağamirzə qızı evdar qadın olub və 1938-ci ildə vəfat edib.

Ailədə 6 uşaq olublar (Hüseynbala (1898–1942), Teymur (1901–1970), Mustafa (1903–1963), Süleyman (1905–?), Qurban (1908–1973), Məmməd (?–?) ).

1928-ci ildə Məhruzə adlı qadınla ailə qurub.

Qorxmaz adlı oğulları və Solmaz adlı qızları olub.

Qeydlər

  1. 1930-cu ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunun mexanika şöbəsinin bazasında Sənaye Texnikumu yaradılmışdır.
  2. 1932-ci ildə Gəncə Sənaye Texnikumunun bazasında yaradılmış üç texnikumdan biridir. 1932-ci ildə Bakıya köçürülmüşdür.

Vəfatı

26 noyabr 1970-ci il tarixdə – 69 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

Ədəbiyyat

  1. Cabbarlıların şəxsi işi : [rus.]. — Müraciət tarixi: 08.08.2023.