Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Hacıbala bəy Nağıbəyov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hacıbala bəy Nağıbəyov
Hacıbala bəy Nağıbəyov Əbdürrəhman ağa oğlu
Hacıbala bəy Nağıbəyov
Hacıbala bəy Nağıbəyov.
Doğum tarixi 1870(1870-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 1922(1922-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (52 yaşında)

Hacıbala bəy Nağıbəyov (1870–1922) — həkim və tanınmış xeyriyyəçi.

Haqqında məlumatlar

1870-ci ildə anadan olub.

Təhsili

Rus-müsəlman məktəbinin bitirib və tibb sahəsində təhsil alıb.

Əmək fəaliyyəti

Qafqazın müxtəlif şəhərlərində, bir müddət isə İranda işləmişdir.

Xeyriyyəçilik fəaliyyəti

Oturanlar: Sağdan: Hacıbala bəy Nağıbəyov, Abdulla bəy Əfəndizadə, Salman Mümtaz, Gəncə qubernatoru, Məmmədtağı bəy Nağıbəyov, Rəşid bəy Əfəndiyev, vəkil Mustafa bəy.

1916-cı ildə Piyatiqorsk şəhərində yaşayarkən rəsmi şəkildə vəsiyyətnamə yazaraq varidatının bir hissəsini xeyriyyə məqsədi ilə xərclənməsinə sərəncam vermişdir. Həmin sənədə əsasən onun “Nicat” Xeyriyyə Cəmiyyətinə vəsiyyət etdiyi vəsait ibtidai, orta və ali məktəblərdə yetim və imkansız müsəlman balalarının təqaüdünə xərclənməli idi. Bununla yanaşı Giləhli məhəllə məscidinə 3 min manat, Giləhli məhəllə qəbiristanlığının abadlaşdırılmasına, yolunun təmiri və mühafizəsinə, babası Hacı Nağı bəyin adına olan bulağın saxlanmasına 6 min manat ayırmışdı.

Vəfatı

1922-ci ildə – 52 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. NAĞIBƏYOVLAR VƏ QƏDİMBƏYOVLAR // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I  kitab. — Səhifələrin sayı:  345. — Səh.: 126. — 550 nüsx.
  2. Hüseynov Ş. Şəkili Hacıbala bəyin vəsiyyəti // Aydınlıq : qəzet. — 1993. — В. 23 oktyabr. — № 44 (112). — Səh. 2.