Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mübariz İmanzadə

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Mübariz İmanzadə
İmanzadə Mübariz Şakir oğlu
Mübariz İmanzadə
Mübariz İmanzadə.

Mübariz İmanzadə — tanınmış diplomat, tərcüməçi və birinci dərəcəli diplomatik müşavir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

21 avqust 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1950 – 1960-cı illərdə Bakı şəhər 6 №-li orta məktəbində təhsil alıb.

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub.

1963-cü ildə Moskvada hərbi tərcüməçilər hazırlayan altıaylıq kursu bitirib.

1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasının aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1969 – 1970-ci illərdə, il yarım Azərbaycan radiosunun ərəb şöbəsində redaktor,

1975 – 1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda tədris hissə müdiri,

1977 – 1981-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında SSRİ səfirliyinin tərcüməçisi,

1981 – 1983-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində informasiya şöbəsinin müdiri,

1983 – 1991-ci illərdə SSRİ-nin Suriyadakı səfirliyində baş tərcüməçi,

1992 – 2001-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetində, Xəzər Universitetində, Ali İctimai-Siyasi Kollecdə və s. təhsil müəssisələrində hərbi və ərəb dili kafedralarında müəllim,

2001 – 2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 1-ci katib,

2002-ci ilin sentyabrından 2006-cı ilin 15 dekabr tarixinədək Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində səfirliyinin I katibi, müşavir və müvəqqəti işlər vəkili,

2009-cu ilin aprelindən 2013-cü ilin 30 aprel tarixinədək Azərbaycan Respublikasının Tunisdəki müvəqqəti işlər vəkili,

2013-cü ildən sonra bir müddət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi II Ərazi İdarəsinin Yaxın Şərq və Afrika şöbəsinin müşaviri, daha sonra isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Yaxın Şərq və Afrika İdarəsinin müşaviri vəzifəsində çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Ağayev X. Nura boyanmış ömür. Bakı: 2012.
  2. Саида Иманзаде : Биография : [arx. 27.08.2022] : [rus.] // [Peoples.ru https://www.peoples.ru/]. — 2021. — 7 сентября. — Müraciət tarixi: 27.08.2022.

Bildiriş[HTML redaktə]

...