Mürsəl İmamverdiyev
Mürsəl İmamverdiyev | |
---|---|
İmamverdiyev Mürsəl Həbibillah oğlu | |
Mürsəl İmamverdiyev. | |
Doğum tarixi | 14 mart 1926 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 14 noyabr 2005 (79 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kənd təsərrüfatı |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
Təhsili |
• Nuxa Kənd Təsərrüfatı Texnikumu (–1944) • Nuxa Dövlət Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (–1947) • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, aqronomluq fakültəsi (1949–1954) |
Mürsəl İmamverdiyev (1926–2005) — kənd təsərrüfatı elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məntəqəsinin elmi işçisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
14 mart 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Nuxa şəhər 12 №-li orta məktəbində təhsil alıb.
1944-cü ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu,
1947-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib.
1949 – 1954-cü illərdə ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1947-ci ildən Nuxa 2 №-li orta məktəbində müəllim,
1956-cı ildən, əvvəl Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Mirbəşir zona təcrübə stansiyasında, sonra isə həmin institutun Nuxa dayaq məntəqəsində elmi işçi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1972-ci ildə “Şəki-Zaqatala zonası şəraitində gübrələrin payızlıq arpanın boyuna, inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Vəfatı[redaktə | HTML redaktə]
14 noyabr 2005-ci il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. İmamverdiyev Mürsəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 274-275. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. İmamverdiyev Mürsəl Həbibillah oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 185. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1926-cı ildə doğulanlar
- 14 martda doğulanlar
- Martda doğulanlar
- 14 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə