Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Müseyib Sadıqov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Müseyib Sadıqov
Sadıqov Müseyib Əlibala oğlu
Müseyib Sadıqov
Müseyib Sadıqovun “İpəkçi” qəzetinin 13 mart 1934-cü il tarixli sayında dərc olunmuş fotoşəkli.
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 1938(1938-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (32 yaşında)

Müseyib Sadıqov (1906-1938) — sovet dövrünün ilk onilliklərində Nuxada fəaliyyət göstərmiş partiya və komsomol fəalı, tanınmış şair və jurnalist.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1906-cı ildə fəhlə ailəsində anadan olub. İki yaşında olarkən atası vəfat edib.

Təhsili[redaktə | HTML redaktə]

Uşaq vaxtı ibtidai təhsilini başa vura bilməyib. Böyüdükdən sonra həm ibtidai təhsil alıb və həm də ikinci dərəcəli məktəbi bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Uşaq yaşlarında qoyun-quzu otararaq çörək pulu qazanıb.

1926 – 1929-cu illərdə Nuxadakı ipək fabriklərindən birində işləyib.

1930 – 1937-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında partiya şöbəsinin müdiri və bir müddət isə qəzetin redaktoru olub.

1937 – 1938-ci illərdə Nuxa şəhər soveti yanında incəsənət işləri idarəsinin rayon müvəkkili vəzifəsində çalışıb.

Siyasi-ictimai fəaliyyəti[redaktə | HTML redaktə]

İpək fabrikində işləyərkən komsomol sıralarına daxil olmuş, az sonra komsomol komitə katibi və Azərbaycan LKGİ MK üzvü seçilmişdir.

1934-cü ildə Azərbaycan LKGİ MK Nuxa şəhər komitəsi katibini əvəz edirdi.

Bədii yaradıcılığı[redaktə | HTML redaktə]

1927-ci ildən dövri-mətbuatda bir sıra şeir və poemaları çap olunub.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Vəfatı[redaktə | HTML redaktə]

1938-ci ildə həbs olunaraq güllələnmə cəzasına məhkum edilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Orsər R. Müseyib Sadıqov // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 194-196. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.