Məhəmmədhəsən Abdullayev
Məhəmmədhəsən Abdullayev | |
---|---|
Abdullayev Məhəmmədhəsən İbrahim oğlu | |
![]() | |
Məhəmmədhəsən Abdullayev. |
Məhəmmədhəsən Abdullayev (1920–2001) — uzun müddət Şəki şəhər 10 №-li orta məktəbində kimya-biologiya fənnindən dərs demiş tanınmış pedaqoq, SSRİ maarif əlaçısı.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1 avqust 1920-ci il tarixdə Nuxa qəzasının Oxud kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1927 – 1934-cü illərdə Oxud kənd yeddiillik məktəbində,
1934 – 1937-ci illərdə Nuxa tibbi fəhlə fakültəsində,
1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1942-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib.
1943-cü ildə yaralanıb və sıravi əsgər rütbəsi ilə ordudan tərxis olunub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1941-ci ildə Balakən rayonunda orta məktəb müəllimi və orta məktəb direktoru vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1943 – 1988-cı illərdə əvvəl bir neçə il Nuxa şəhər Xalq Maarifi Şöbəsində orta məktəblər üzrə inspektor vəzifəsində çalışıb, daha sonralar isə müxtəlif vaxtlarda Nuxa/Şəki şəhər 7, 11 və 10 №-li məktəblərində kimya-biologiya fənnindən dərs deyib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Əməkdə fərqlənməyə görə” medalı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- “İgidliyə görə” medalı (SSRİ) (08.06.1967);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı (1985).
- “SSRİ maarif əlaçısı” döş nişanı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
16 aprel 2001-ci il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Абдуллаев Мамедгасан Ибрагим-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Абдуллаев Мамедгасан Ибрагим-оглы : Орден Отечественной войны I степени : [arx. 25.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 20-21. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
...