Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Mahmud Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mahmud Rüstəmov
Rüstəmov Mahmud Aslan oğlu
Mahmud Rüstəmov
Mahmud Rüstəmov.
Doğum tarixi 13 iyun 1967 (1967-06-13) (54 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (1982–1986)

Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universiteti, heykəltəraşlıq fakültəsi (1986–1992)

SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanaları, aspirantura (1995–1998)
Atası Aslan Rüstəmov
Sayt facebook səhifəsi

Mahmud Rüstəmov — tanınmış heykəltəraş; M.Cavadzadənin qəbirüstü abidəsinin, Xocalı faciəsi abidəsinin (Goranboy), 2011-ci ildə açılışı olmuş Müslüm Maqomayevin büstünün (Rusiya, Həştərxan), 2011-ci ildə açılışı olmuş Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası), 2021-ci ildə açılışı olmuş Üzeyir Hacıbəylinin heykəlinin (Şuşa) həmmüəlliflərindən biridir (atası Aslan Rüstəmov və qardaşı Teymur Rüstəmov ilə birlikdə), eyni zamanda rəngkarlıq və qrafika ilə də məşğuldur.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

13 iyun 1967-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1982 – 1986-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1986 – 1992-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltəraşlıq fakültəsində

1995 – 1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub.

Yaradıcılığı[redaktə | HTML redaktə]

İştirak etdiyi rəsm sərgilərinin siyahısı[redaktə | HTML redaktə]

1985-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş sərgi;

1986-cı ildə Daş simpoziumu (Bakı, Azərbaycan);

1987 və 1988-ci illərdə Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunmuş sərgi;

1990-cı ildə Fransanın Avinyon şəhərində təşkil olunmuş sərgi;

1995-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgi;

1996-cı ildə Bakı İncəsənət Mərkəzində təşkil olunmuş sərgi;

1997-ci ildə Azərbaycan Respublika Sarayında təşkil olunmuş sərgi;

1998-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunmuş sərgi;

1998-ci ildə “Yeddinci mərtəbə” qalereyasında təşkil olunmuş sərgi;

1999, 2000, 2001-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgi;

2001-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda və İran mərkəzinin sərgi salonunda təşkil olunmuş sərgilər;

2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş sərgi;

2007-ci ildə “5+” sərgisi və “Göyqurşağının 7 rəngi” sərgisi;

2008-ci ildə Berlində Azərbaycana həsr olunmuş sərgi;

2010-cu ildə “Mövzular” adlı sərgi.

Fərdi sərgiləri[redaktə | HTML redaktə]

1999-cu ildə Azərbaycanda İngiltərə konsulluğunun təşkilatçılığı ilə Franko-Alman mədəniyyət mərkəzində fərdi sərgisi keçirilib.

21 iyun – 10 iyul 2019-cu il tarixləri arasında Bakıda – Muzey Mərkəzində, “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçirilib.

Uğurları[redaktə | HTML redaktə]

2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata və Rəssamlar İttifaqının “2000-ci ilin Azərbaycanın ən yaxşı heykəltəraşı” adına layiq görülüb.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Muzey Mərkəzində rəssam Mahmud Rüstəmovun fərdi sərgisi keçiriləcək : [arx. 30.08.2021] // APA. — 2019. — 18 iyun. — Müraciət tarixi: 30.08.2021.