MediaWiki:Təltif/Azərbaycan/"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı | |||
---|---|---|---|
|
|||
|
|||
Ölkə | Azərbaycan | ||
Tip | medal | ||
Status | təqdim olunur | ||
Statistika | |||
Təsis tarixi | 14 oktyabr 2016-cı il | ||
Ardıcıllıq | |||
Daha yüksək mükafat | "Hərbi xidmətlərə görə" medalı | ||
Daha kiçik mükafat | I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı |
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı[1].
Təltif edilən şəxslər
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər.
Təltif edən orqan
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir.
Taxılma qaydası
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının
Medalın ümumi təsviri
- Azərbaycan Respublikasının “Şücaətə görə” medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfi
- Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca “ŞÜCAƏTƏ GÖRƏ” sözləri yazılmışdır.
- Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.
- Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.
- Bütün yazılar və elementlər relyeflidir.
Medalın arxa tərəfi
- Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ “ŞÜCAƏTƏ GÖRƏ” MEDALI” sözləri yazılmışdır.
- Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.
- Bütün yazılar relyeflidir.
Medalın elementləri
- Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.
- Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
- Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
İstinadlar
Bu köməkçi məqaləni ensiklopedikləşdirmək lazımdır. |