Murad Abdullayev
Murad Abdullayev | |
---|---|
Abdullayev Murad Firidun oğlu rus.: Абдуллаев Мурад Фиридун оглы | |
Murad Abdullayev. | |
Anadan olub | 14 oktyabr 1967 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Natalya Bojko |
Uşaqları | Valentina və Aydan |
Atası | Firidun |
Anası | Valentina |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan→ Rusiya |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisadiyyat, istehsalın təşkili ixtisası (–1990) • Rusiya Teatr Sənəti İnstitutu (Moskva), rejissorluq ixtisası, qiyabi (–2006) |
Fəaliyyəti | sirkdə heyvan təlimçisi |
Mükafatları |
Murad Abdullayev — Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artisti.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
14 oktyabr 1967-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini,
2006-cı ildə Rusiya Teatr Sənəti İnstitutunu (Moskva) bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1985-ci ildən sirkdə işləyir; o cümlədən, əvvəl Soyuzqossirkdə manej inspektoru, sonra isə Böyük Moskva sirkində manej inspektoru olub. Sirkin direktor müavini, qastrol departamentinin rəisi vəzifələrində də çalışıb.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Murad Abdullayevin atası Firidun Abdullayev (1931–1987) 1967-ci ildən Bakı Dövlət Sirkinin direktor müavini, 1969-cu ildən ömrünün sonunadək isə direktoru olmuşdu. Firidun Abdullayevin atası Muxtar Abdullayev isə 1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olmuş, lakin 1937-ci il repressiyaları zamanı güllələnmişdir.
Murad Abdullayev iki dəfə ailə qurub. Birinci həyat yoldaşından Valentina, ikinci həyat yoldaşından isə Aydan adlı qızı doğulub. İkinci həyat yoldaşının adı Natalya Bojkodur, o, və qızı Aydan Abdullayeva da sirkdə çalışırlar.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Qorxma mən səninləyəm” adı iki hissəli macəra, musiqili komediya televiziya filmində rol oynayıb.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Абдулаев М. Ф. : [arx. 25 Oct 2021 - 6 Feb 2023] : [rus.] // Ruscircus.ru. — Müraciət tarixi: 27.06.2024.
Bildiriş[HTML redaktə]
© 2019 – 2025 Şəki Ensiklopediyası |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış aktyorlar
- 14 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Rusiya Federasiyasının əməkdar artisləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr