Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Mustafa Sadıqov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mustafa Sadıqov
Sadıqov Mustafa Məmmədsadıq oğlu
Mustafa Sadıqov
Mustafa Sadıqov.
Doğum tarixi 16 yanvar 1953 (1953-01-16) (71 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Dövlət İqtisad Universiteti, tətbiqi iqtisadiyyat kafedrası
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı dosent
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (–1975)

 • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitut, xalq təsərrüfatının planlaşdırılması fakültəsi (–1982)
Atası Məmmədsadıq
Anası Leyla
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2020
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — 2015

Mustafa Sadıqov — tanınmış iqtisadçı alim-pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi, iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin tətbiqi iqtisadiyyat kafedrasının dosenti.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 yanvar 1953-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini,

1982-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının planlaşdırılması fakültəsini bitirib.

1998-ci ildə TASİC proqramı çərçivəsində Hollandiyada MBA dərəcəsi alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1992-ci ildə İqtisadi tədqiqatlarda riyazi metodların tətbiqi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.

28 elmi-metodiki əsərin müəllifidir.

1995 – 1998-ci illərdə Avropa Komissiyasının TASİC proqramının Universitet üzrə koordinatoru olub, 2006-2016-cı illərdə Universitetin Elm şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1975 – 1978-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika institutunda kiçik elmi işçi vəzifəsində çalışıb.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-texniki informasiya institutunda kiçik elmi işçi,

1979 – 1982-ci illərdə baş elmi işçi olub,

1985 – 1989-cu illərdə isə Bakı şəhərinin iqtisadi və sosial inkişafı elmi-tədqiqat institutunda bölmə müdiri olub.

1989-cu ildən indiki Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın tənzimlənməsi kafedrasında çalışır; o cümlədən, əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent vəzifəsini tutmuş,

2006 – 2016-cı illərdə Elm şöbəsinin müdiri olmuşdur.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. dos. Sadıqov Mustafa Məmmədsadıq oğlu : [arx. 12 Sep 2016 - 3 Mar 2022] // Azərbaycan Dövlət İqtisad Universiteti. — Müraciət tarixi: 27.03.2024.