Məmmədsadıq Sadıqov
Məmmədsadıq Sadıqov | |
---|---|
Sadıqov Məmmədsadıq Mustafa oğlu | |
Məmmədsadıq Sadıqov. | |
Doğum tarixi | 13 dekabr 1924 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 1994 | (70 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | iqtisad |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
• Nuxa Dövlət Müəllimlər İnstitutu, natamam (1941–1942) • V.Plexanov adına Moskva Dövlət İqtisad İnstitutu, aspirantura • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası doktorantura (1976–) |
Evladları | Mustafa, Paşa, Rühangül |
Atası | Mustafa |
Anası | Leyla |
Elmi rəhbəri | prof. Q.F.İvanovun |
Mükafatları |
Məmmədsadıq Sadıqov (1924–1994) — iqtisad elmləri doktoru, professor. Uzun müddət Bakı Ali Partiya Məktəbində siyasi iqtisad kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
13 dekabr 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1941-ci ildə Nuxa şəhər 7 saylı orta məktəbini bitirib.
1941-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutuna daxil olsa da Böyük Vətən müharibəsinin başlanması səbəbindən təhsilini yarımçıq buraxmağa məcbur olub.
1947 – 1952-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi-iqtisad qrupunda, sonra isə V.Plexanov adına Moskva Dövlət İqtisad İnstitutunun aspiranturasına,
1976-cı ildən isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının doktoranturasında təhsil alıb.
Hərbi xidmətdə
1942-ci ilin noyabr ayında Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə götürülüb. Böyük Vətən müharibəsi iştirakçısıdır. Qara dəniz donanmasında xidmət edib.
1945-сi ilin may ayında baş qızıldonanmaçı (baş matros) rütbəsində idi.
5 yanvar 1947-ci il tarixdə ordudan tərxis olunub.
Elmi fəaliyyəti
1956-cı ildə “Şəhər ilə kənd arasında mühüm fərqlərin aradan qaldırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1961-ci ildə dosent elmi adını alıb.
1977-ci ildə “Şəhər ilə kənd arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1979-cu ildə professor elmi adını alıb.
70-dək monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitab və məqalələrin müəllifidir.
Kitabları
- Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi (Azərnəşr, 1962);
- Şəhər ilə kənd arasında mühüm fərqlərin aradan qaldırılmasında mühüm addım (Azərnəşr, 1968);
- Şəhər ilə kənd arasında fərqlərin aradan qaldırılması problemləri (Azərnəşr, 1970),
- Siyasi iqtisad (Maarif, 1972);
- Siyasi iqtisad (Maarif, 1975);
- Azərbaycan SSR kənd rayonları gənclərinin peşə yönümü və peşə seçiminin müasir vəziyyəti (AzNİİNTİ, 1976);
- Şəhər ilə kənd arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması (Azərnəşr, 1978).
Əmək fəaliyyəti
1956-cı ildən Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasında əvvəl müəllim, sonra dosent, daha sonra kafedra müdiri vəzifəsində çalışıb.
Təltif və mükafatları
Bir neçə orden və medallarla təltif edilmişdir;
- “Döyüş xidmətlərinə görə” medalı (29.05.1945);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı;
- “Xalqlar dostluğu” ordeni;
- II dərəcəli “Vətən Müharibəsi” ordeni.
Ailəsi
1930-cu ildə atası,
1943-cü ildə isə anası vəfat edib. Elə həmin ildə kiçik qardaşı da müharibədə həlak olub.
Həyat yoldaşı Leyla M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasının dosenti, iqtisad elmləri namizədi olub.
Böyük oğlu Mustafa Sadıqov əməkdar müəllimdir, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
Kiçik oğlu Paşa Moskvada Beynəlxalq Əlaqələr İnstitutunu fərqlənmə diplomu ilə bitirib və Hindistanda ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Qızı Rühangül isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib və Mingəçevirdə texnikumda siyasi iqtisad müəllimi işləyib.
Vəfatı
1994-cü ildə – 70 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Садыхов Мамедсадых Мустафаевич : [arx. 27.03.2024] : [rus.] // [Садыхов Мамедсадых Мустафаевич Память народа]. — Müraciət tarixi: 27.03.2024.
- Садыков Мамедсадык Мустафаевич : [arx. 27.03.2024] : [rus.] // [Садыхов Мамедсадых Мустафаевич Память народа]. — Müraciət tarixi: 27.03.2024.
- Məmmədov Ə., Xalıqov F. Sadıqov Məmmədsadıq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 495-496. — 1.000 nüsx.
- Mete Ə. Tanınmış iqtisadçılar // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 276-277. — 500 nüsx.
- dos. Sadıqov Mustafa Məmmədsadıq oğlu : [arx. 12 Sep 2016 - 3 Mar 2022] // Azərbaycan Dövlət İqtisad Universiteti. — Müraciət tarixi: 27.03.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1924-cü ildə doğulanlar
- 13 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1994-cü ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Xalqlar Dostluğu ordeni laureatları
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr