Nüyvər Nəsrullayev
Nüyvər Nəsrullayev | |
---|---|
Nəsrullayev Nüyvər Loğman oğlu | |
Nüyvər Nəsrullayev. | |
Doğum tarixi | 8 mart 1938 |
Doğum yeri | Oxud, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat, həndəsə |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1958–1962) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, həndəsə kafedrası, aspirantura (1969–1972) |
Elmi rəhbəri | prof. Şirokov |
Mükafatları | |
Adının digər versiyaları | Nuyver Nesrullayev, Nuyvar Nesrullayev, Nuyver Nasrullayev, Nuyvar Nasrullayev, Нуйвар Насруллаев, Нювар Насруллаев, Нювар Несруллаев, Нүвәр Нәсауллајев |
Nüyvər Nəsrullayev — fizika-riyaziyyat elmləri namizədi, dosent, Gəncə Dövlət Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
8 mart 1938-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1947 – 1957-cı illərdə Oxud kənd orta məktəbində,
1958 – 1962-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində,
1969 – 1972-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə kafedrasının aspiranturasında təhsil alıb.
Hərbi xidməti[redaktə | HTML redaktə]
1962 – 1964-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə “Psevdo-Evklid fəzasının diferensial həndəsəsi məsələsinə dair” (rus.: “К вопросу о дифференцальной геометрии псевдоевклидова пространства”) adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.
“Həndəsənin əsasları”, “Qraflar”, “Həndəsə məsələləri”, “Qurmalar həndəsəsinin əsasları” adlı dərs vəsaitlərinin müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1962 – 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində,
1964 – 1966–cı illərdə isə Nuxa şəhər 2 №-li orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.
1973-cü ildən Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitunda/Gəncə Dövlət Universitetində işləyir; o cümlədən,
1973 – 1975-ci illərdə müəllim
1975 – 1978-ci illərdə baş müəllim,
1977 – 1985-ci illərdə həndəsə və səbr kafedrasının müdiri,
1985 – 1998-ci illərdə riyaziyyat-informatika fakültəsinin dekanı,
2000 – 1911-ci illərdə həndəsə və cəbr kafedrasının müdiri,
2011 – 2017-ci illərdə isə həmin kafedranın dosenti olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (23.04.2009).
- “Gəncə Dövlət Universitetinin fəxri professoru” adı (2016).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Nəsrullayev Nüyvər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 448-449. — 1.000 nüsx.
- Fəxri professorlar : Nüyvər Loğman oğlu Nəsrullayev : [arx. 08.03.2024] // Gəncə Dövlət Universiteti. — Müraciət tarixi: 08.03.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 1938-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr