Nəcməddin Əhmədov
Nəcməddin Əhmədov | |
---|---|
Əhmədov Nəcməddin Hidayət oğlu | |
![]() | |
Nəcməddin Əhmədov. |
Nəcməddin Əhmədov (1932–2008) — iqtisad elmləri namizədi, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) dosenti.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1 iyul 1932-ci il tarixdə Nuxa (indiki Şəki) rayonuun Oxud kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1939 – 1947-ci illərdə Oxud kənd orta məktəbində,
1947 – 1949-cu illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,
1949 − 1954-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (proseslərin mexanikləşdirilməsi ixtisası üzrə) təhsil alıb.
1960-cı ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1964-cü ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsinin Elmi Şurasında akademik S.Q.Kolesnevin rəhbərliyi ilə “Kolxozlarda maşın-traktor parkından səmərəli istifadənin təşkili (Azərbaycan SSR Vartaşen istehsalat idarəsi kolxozları timsalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
100-ə qədər məqalənin, bir dərs vəsaitinin müəllifidir.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1985 – 1992-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Aqrar-Sənaye Kompleksini İdarəetmə Ali Məktəbində aqrar-sənaye kompleksini idarəetmənin təşkili kafedrasının müdiri,
1992-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) dosent vəzifəsində çalışıb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
“Əmək veteranı” medalı (1989).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
6 sentyabr 2008-ci il tarixdə – 76 yaşında, Gəncədə vəfat edib. Oxud kənd qəbiristanlığında dəfn olunub.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Birinci həyat yoldaşı Əhmədova (Abdullayeva) Hicran Osman qızı Şəki rayonunun Oxud kəndindən idi, 1970-ci ildə vəfat edib. Ondan İlham (1963), Munis (1965) və Səlim (1968) adlı 3 oğlu doğulub.
İkinci həyat yoldaşı Minayə Şəki rayonunun Kiş kəndindən olub, ondan İlhamə (1974) adlı qızı doğulub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 193-194. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
...