Nizami Adışirinov
Nizami Adışirinov | |
---|---|
Adışirinov Nizami Şamil oğlu | |
Nizami Adışirinov. | |
Doğum tarixi | 21 aprel 1983 |
Doğum yeri | Oxud, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya |
İş yeri | AMEA Folklor İnstitutu, Dədə Qorqud şöbəsi |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Təhsili |
• Bakı Dövlət Universitetinin filologiya fakültəsi, bakalavriat (2000–2004) • Bakı Dövlət Universitetinin filologiya fakültəsi, magistratura (2004–2006) |
Elmi rəhbəri | akad. Tofiq Hacıyev |
facebook səhifəsi |
Nizami Adışirinov — filologiya üzrə fəlsəfə doktoru, şair, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
21 aprel 1983-cü il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
2000-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbini bitirib.
2000 – 2004-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr pilləsi üzrə,
2004 – 2006-cı illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2006-cı ildə AMEA Folklor İnstitutunun doktoranturasına qəbul olunub.
“Dədə Qorqud kitabında epik formullar” mövzusunda yazdığı dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Bir sıra Respublika və Beynəlxalq elmi konfransların iştirakçısı olub. Məqalə və tezisləri nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunub. “Dədə Qorqud kitabında epik formullar” və “Kitabi-Dədə Qorqud”da boy, soy, ailə şəcərəsi” adlı elmi monoqrafiyaların müəllifidir.
Ədəbi-bədii fəaliyyəti[redaktə | HTML redaktə]
Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa meyl edib. Dövri-mətbuatda şeirləri çap olunub. “Ruh bədəndən uzaq düşüb” (2004), “Ürəyimin harayı”(2006), “Əzizlə məni”, (2006), “Yazdım ki izim qala” (2007), “Ömür qatarı” (2010) şeir kitablarının müəllifidir. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçi vəzifəsində çalışır.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, üç övladı var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Nizami Adışirinov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 813. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- 21 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1983-cü ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr