Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rəşad Rəhimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəşad Rəhimov
Rəhimov Rəşad Nizaməddin oğlu
Rəşad Rəhimov
Rəşad Rəhimov.
Doğum tarixi 27 dekabr 1948 (1948-12-27) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika
İş yeri AMEA Fizika İnstitutu, Aşqarlanmış yarımkeçiricilər laboratoriyası (laboratoriya rəhbəri)
Elmi dərəcəsi fizika elmləri doktoru
Elmi adı dosent
Təhsili

 • M.S.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (–1973)

 • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1975–1979)

Rəşad Rəhimov — fizika elmləri doktoru, dosent, AMEA Fizika İnstitutunun Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

27 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini,

1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1975 – 1979-cu illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1983-cü ildə akademik M.İ.Əliyev və D.H.Araslının rəhbərliyi ilə “(2InSb)1-x(In2GeTe)x bərk məhlullarında elektron və fonon prosesləri” mövzusunda namizədlik dissertasiyasını,

2010-cu ildə isə “III-V qrup yarımkeçirici birləşmələr əsasında bərk məhlullarda və evtektik kompozitlərdə elektron və fonon proseslərin xüsusiyyətləriri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2006-cı ildə dosent elmi adını alıb.

43-i xaricdə, o cümlədən, 16-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 125 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1977-ci ildə Azərbaycan SSR EA Radiasiya Tədqiqatları İnstitutunda işləməyə başlayıb.

1983-cü ildən Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunda işləyir; o cümlədən, əvvəl elmi işçi, sonra böyük elmi, daha sonra aparıcı elmi işçi,

2021-ci ilin sentyabr ayından isə Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri olub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Rəhimov Rəşad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 484-485. — 1.000 nüsx.
  2. Fizika İnstitutunun elmlər doktorları : Rəhimov Rəşad Nizaməddin oğlu : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.