Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rahib Vəliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rahib Vəliyev
Vəliyev Rahib Aslan oğlu
Rahib Vəliyev
Rahib Vəliyev.
Anadan olub 28 mart 1950(1950-03-28)
Anadan olduğu yer Rəhimli kəndi, Qasım İsmayılov (indiki Goranboy) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 14 may 2012 (62 yaşında)
Vəfat etdiyi yer Zaqatala, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Zaqatala, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Svetlana Məmmədova
Uşaqları Emil, Nail, Orxan Vəliyevlər
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, avtomobil yolları ixtisası (–1984)

Rahib Vəliyev (1950–2012) — tanınmış inşaat mühəndisi və AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi. Bir sıra məqalələrin müəllifidir və bir sıra elmi əsərləri rus dilindən azərbaycan dilinə tərcümə etmiş, həmçinin, özü də şeir yazmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

28 mart 1950-ci il tarixdə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Rəhimli kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu avtomobil yolları ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1970 – 1979-ci illərdə Bakı Metro tikinti idarəsində mühəndis,

1979 – 1985-ci illərdə Zaqatala Rayon Yol İstismarı İdarəsində mühəndis,

1985 – 1990-ci illərdə Zaqatala Tikinti Trestində baş mühəndis,

1990 – 1998-ci illərdə Şəki Tikinti Trestində baş mühəndis,

1998 – 2012-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində əvvəl elmi işçi, sonra isə uzun müddət elmi katib vəzifəsində çalışıb.

Vəfatı[redaktə | HTML redaktə]

14 may 2012-ci il tarixdə – 62 yaşında, Zaqatalada vəfat edib. Zaqatalada da dəfn olunub.