Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Rasif Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rasif Abdullayev
Abdullayev Rasif Əhmədiyə oğlu
Rasif Abdullayev
Rasif Abdullayev.
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1948(1948-01-01)
Doğum yeri Baş Küngüt, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 noyabr 2021 (73 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dövşan düzü qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Səmayə Əhmədova
Uşağı Elnur Abdullayev
Anası Məhruzə Qaffarova
Təhsili Şəki Musiqi Texnikumu (1969–1973)

Rasif Abdullayev (1948–2021) — tanınmış musiqiçi pedaqoq və muğam ifaçısı. Gənc xanəndələrin yetişməsində xidmətləri olub.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1 yanvar 1948-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1959 – 1963-cü illərdə Nuxa şəhər 1 №-li internat məktəbində,

1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə,

1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda təhsil alıb.

Əmək və musiqiçi fəaliyyəti[redaktə | HTML redaktə]

1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə təhsil alarkən məktəbin bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri olub.

1966 – 1969-cu illərdə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işləyib, məşhur xanəndələrlə birlikdə Azərbaycanın bir sıra şəhər və rayonlarına qastrol səfərlərinə gedib.

1973 – 1976-cı illərdə Şəki rayonunun Orta Zəyzid kəndində klub müdiri,

1976 – 2012-ci illərdə Şəki musiqi texnikumunda muğam müəllimi vəzifəsində çalışıb.

Vəfatı[redaktə | HTML redaktə]

20 noyabr 2021-ci il tarixdə Şəkidə Salman Mümtaz küçəsini piyada keçərkən qarşıdan gələn avtomobilin vurması nəticəsində 72 yaşında həlak olub. Dovşan düzü qəbiristanlığında dəfn edilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Təhmirazqızı S. Rasif Abdullayev // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 202. — 300 nüsx.

Videolar[redaktə | HTML redaktə]