Töhrab Hüseynov
Töhrab Hüseynov | |
---|---|
Hüseynov Töhrab Fərrux oğlu | |
Töhrab Hüseynov, 2002-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1954 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Şəki Musiqi Texnikumu (1969–1973) • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1974–1979) |
facebook səhifəsi |
Töhrab Hüseynov — musiqiçi-pedaqoq, Şəki Musiqi Texnikumunun sabiq direktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
10 aprel 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1961 – 1971-ci ildə 10 №-li Nuxa/Şəki şəhər orta məktəbində,
1963 – 1968-ci illərdə Nuxa şəhər yeddiillik musiqi məktəbinin tar sinfində,
1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda,
1974 – 1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (tar ixtisası üzrə) təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1969-cu ildən uşaq bağçalarında, sonralar yeddiillik uşaq musiqi məktəblərində (Şəkidə və Bakıda) müəllim,
1979 – 1987-ci illərdə Şəki Musiqi Texnikumunda şöbə müdiri,
1987 – 1989-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru,
1989 – 2010-cu illərdə əvvəlcə qısa müddət (1989-cu ilin 5 iyul – 1 avqust tarixləri arası) Şəki Musiqi Texnikumunda tədris işləri üzrə direktor müavini, sonra isə (1 avqust 1989-cu il – 7 iyun 2010-cu il tarixləri arası) direktor vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1990-cu ildə Şəki Şəhər Sovetinin deputatı seçilib.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Yeni Azərbaycan Partiyasının I – III və Azərbaycan müəllimlərinin XI – XIII qurultaylarının nümayəndəsi olub.
Şəki Musiqi Texnikumunun direktoru olduğu illərdə (1989 – 2010) Şimal – Qərb regionunda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edib.
Mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Şəki şəhər İH başçısının, Şəki şəhər Xalq Marifi Şöbəsinin fəxri fərmanları.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Töhrab // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 172-173. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |