Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Təbriz Süleymanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Təbriz Süleymanov
Süleymanov Təbriz Rəcəb oğlu
Təbriz Süleymanov
Təbriz Süleymanov.
Doğum tarixi 22 iyul 1946(1946-07-22)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 yanvar 2008 (61 yaşında)
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Politexnik İnstitutu, su təchizatı və kanalizasiya ixtisası (1964–1970)

 • Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, aspirantura (1964–1969)
Elmi rəhbəri prof. V.Q.Ponomoryov

Təbriz Süleymanov (1946–2008) — texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin su təchizatı və kanalizasiya kafedrasının dosenti və su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

22 iyul 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1964-cü ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1964 – 1969-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, daha sonra isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1970-ci ildən “İttifaqsukanallayihə” Elmi-Tədqiqat İnstitutuna böyük mühəndis,

1972-ci ildən “Qipromorneftqaz” Elmi-Tədqiqat İnstitutunun Xəzər dənizinin çirklənməsinə qarşı mübarizə şöbəsində əvvəl böyük mühəndis, sonra isə bu şöbədə bölmə rəhbəri vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

1970-ci illərin əvvəllərindən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun su təchizatı və kanalizasiya kafedrasında ixtisas qruplarında saat hesabı ilə mühazirələr oxuyub, kurs və diplom layihələrinə rəhbərlik edib.

1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda/Azərbaycan Memarlıq və İnşaat Universitetində işləyib; o cümlədən,

1975-ci ildə müsabiqə yolu ilə su təchizatı və işlənmiş suların kənar edilməsi kafedrasında assistent,

1984-cü ildən mühəndis sistem və qurğuları fakültəsində xarici tələbələr üzrə dekan müavini, sonra tədris işləri üzrə dekan müavini, daha sonra su təchizatı və kanalizasiya kafedrasının dosenti və su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini vəzifəsini tutub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1982-ci ildə Moskva VNİİ “Vodqeo” Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri professor V.Q.Ponomoryovun rəhbərliyi ilə “Dəniz şəraitində buruq çirkli sularının təmizlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Bir müddət sonra AAK-ın qərarı ilə ona dosent elmi adı verilib.

Elmi-tədqiqat işlərinin əsas istiqaməti Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, ətraf mühitin mühafizəsi və su hövzələrindən səmərəli istifadə mövzularına həsr olunub.

55 elmi əsərin, 1 monoqrafiyanın, 5 metodik göstəriş və vəsaitin müəllifidir. Bir sıra beynəlxalq konfranslarda iştirak edib.

Vəfatı[redaktə | HTML redaktə]

13 yanvar 2008-ci il tarixdə – 61 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Süleymanov Təbriz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 516-517. — 1.000 nüsx.