Vahid Mustafayev
Vahid Mustafayev | |
---|---|
Mustafayev Vahid Fuad oğlu | |
Vahid Mustafayev. | |
Digər adı | Vahid Naxış |
Anadan olub | 4 sentyabr 1968 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Fuad Mustafayev |
Anası | Naxışqız Şirəli qızı Mustafayeva |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | televiziya jurnalisti və kinorejissor |
Mükafatları |
Vahid Mustafayev — tanınmış televiziya jurnalisti və kinorejissor, fəaliyyəti 2016-cı ildə dayandırılmış ANS Şirkətlər Qrupunun həmtəsisçisi və prezidenti. Tanınmış jurnalistlər – Rafael Mustafayevin, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin və Seyfulla Mustafayevin kiçik qardaşıdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
4 sentyabr 1968-ci il tarixdə Bakıda, hərbçi ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunub.
Əmək və yaradıcılıq fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1991-ci ildə qardaşı Seyfulla Mustafayev və həmkarı Mir Şahin Ağayevlə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkətini təşkil ediblər. Sonradan bu çoxşaxəli media qurumuna çevrilərək “ANS” adını daşıyıb.
Mükafatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (2008).
Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]
- Adam cinsi arasında cins adam (qısametrajlı sənədli film, 1998) – arxiv kadrlar;
- Allahın adı ilə (film, 2013);
- Azərbaycan naminə! (film, 2004);
- Azərbaycana namus və sevgiylə (film, 2006);
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005);
- Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993);
- Dahilərin divanı (veriliş, 2007);
- Məhkəmə (veriliş, 2007);
- Payızın 17 anı (film, 2007);
- Qaydasız döyüş (film, 2009);
- Qızlar (film, 2007);
- Seçilən (film, 2008);
- Yaddaş;
- Xoca (film, 2012);
- Ağabəyovlar (film, 2012-2014);
- Qanlı Yanvar (film, 2015).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |