Valeh Hacıyev
Valeh Hacıyev | |
---|---|
Hacıyev Valeh Məhəmmədsaleh oğlu | |
![]() | |
Valeh Hacıyev. |
Valeh Hacıyev (1932–1983) — tanınmış memar və pedaqoq, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasının baş müəllimi. Qarabağ bölgəsində, Şəki, Qax və Zaqatala rayonlarında bir sıra tarixi abidələrin bərpasında, həmçinin Azıx mağarasının tədqiqatlarında yaxından iştirak etmişdir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
15 fevral 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1957 ildə Azərbaycan Politexnik İnstitutun memarlıq fakültəsini,
1979-cu ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1960-cı illərdən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışıb.
İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1965-ci ildən Memarlar İttifaqının üzvü olub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
20 yanvar 1983-cü il tarixdə – 50 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi Xalid Hacıyevin qardaşı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın əmisidir.
Aidiyyəti linklər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ... Вопреки режиму, или как удалось Борису Ревазову завуалировать под орнамент здания надпись на арабском : [arx. 18.09.2023] : [rus.] // Anl.az. — 2022. — 1 декабря. — Müraciət tarixi: 18.09.2023.
Bildiriş[HTML redaktə]
...
...