Valeh Hacıyev
Valeh Hacıyev | |
---|---|
Hacıyev Valeh Məhəmmədsaleh oğlu | |
Valeh Hacıyev. | |
Doğum tarixi | 15 fevral 1932 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 20 yanvar 1983 (50 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Qurd qapısı qəbiristanlığı, Bakı |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Azərbaycan Politexnik İnstitutu, memarlıq fakültəsi (–1957) • Azərbaycan KP MK Marksizm-Leninizm Universiteti(–1979) |
Həyat yoldaşı | Sevil |
Evladları | Nailə, Sevinc və Hidayət |
Adının digər versiyaları | Валех Гаджиев, Валеһ Һаҹыјев |
Valeh Hacıyev (1932–1983) — tanınmış memar və pedaqoq, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasının baş müəllimi. Qarabağ bölgəsində, Şəki, Qax və Zaqatala rayonlarında bir sıra tarixi abidələrin bərpasında, həmçinin Azıx mağarasının tədqiqatlarında yaxından iştirak etmişdir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
15 fevral 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1957 ildə Azərbaycan Politexnik İnstitutun memarlıq fakültəsini,
1979-cu ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1960-cı illərdən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışıb.
İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1965-ci ildən Memarlar İttifaqının üzvü olub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
20 yanvar 1983-cü il tarixdə – 50 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi Xalid Hacıyevin qardaşı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın əmisidir.
Aidiyyəti linklər[Vizual/Mobil redaktə | HTML redaktə]
- П.Басти. Вопреки режиму, или как удалось Борису Ревазову завуалировать под орнамент здания надпись на арабском : [arx. 18.09.2023] : [rus.] // Anl.az. — 2022. — 1 декабря. — Müraciət tarixi: 18.09.2023.
Bildiriş[HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası |
Bildiriş[HTML redaktə]
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1932-ci ildə doğulanlar
- 15 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 20 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr