Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Vaqif Cabbarzadə

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Vaqif Cabbarzadə
Cabbarzadə Vaqif Mustafa oğlu
Vaqif Cabbarzadə
Vaqif Cabbarzadə, 2023-cü il.

Vaqif Cabbarzadə — riyaziyyatçı alim-pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin cəbr və həndəsə kafedrasının dosenti.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

15 oktyabr 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1962-ci ildə Nuxa şəhər 3 saylı orta məktəbini qızıl medalla bitirib.

1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1968 – 1970-ci illərdə Vartaşen (indiki Oğuz) rayonunun Padar kənd orta məktəbində riyaziyyat müəllim işləyib.

1970-ci ildən V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hesablama riyaziyyatı və informatika kafedrasında assistent vəzifəsinə işə qəbul olunub.

2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin cəbr və həndəsə kafedrasının dosentidir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1988-ci ildə Kişinyov şəhərində (Moldaviya SSR, SSRİ) namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ildə Rusiya Federasiyasının Elm, ali məktəb və texniki siyasət hazırlığının ali məktəb komitəsindən dosent elmi adını alıb.

38 elmi məqalənin və bir neçə kitabın müəllifidir. Respublika və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

1961-ci ildə – orta məktəbdə oxuyarkən, respublika riyaziyyat olimpiadasının qalibi olub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 63. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Cabbarzadə Vaqif Mustafa oğlu : [arx. 12 Nov 2018 - 6 Sep 2019] // Adpu.edu.az. — Müraciət tarixi: 13.10.2021.

Bildiriş[HTML redaktə]

...