Vasif Quluzadə
Vasif Quluzadə | |
---|---|
Quluzadə Vasif Ələsgər oğlu | |
![]() | |
Vasif Quluzadə. |
Vasif Quluzadə (1939–2020) — coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
17 avqust 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1947 – 1957-ci illərdə əvvəl Nuxa şəhər 10 №-li orta məktəbində, sonra isə Nuxa şəhər 5 №-li orta məktəbində təhsil alıb.
1966-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib.
1971 – 1974-cü illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunun aspiranturasında təhsilini artırıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1969-cu ildən Türkmənistan SSR Geologiya İdarəsinin Quqitank geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb.
1971-ci ildən Azərbaycan SSR EA Coğrafiya İnstitutunda işləyib; o cümlədən,
1969 — 1984-cü illərdə kiçik elmi işçi,
1984-cü ildən böyük elmi işçi vəzifəsini tutub.
Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərdən mühazirələr oxuyub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1982-ci ildə «Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
62 elmi əsərin və 18 elmi hesabatın müəllifidir.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
27 dekabr 2020-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 346-347. — 1.000 nüsx.
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Quluzadə Vasif Ələsgər oğlu // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 153. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
- ...
Bildiriş[HTML redaktə]
...