Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Yusif Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yusif Rəşidov
Rəşidov Yusif Həbibulla oğlu
Yusif Rəşidov
Yusif Rəşidov.
Anadan olub 31 mart 1915(1915-03-31)
Anadan olduğu yer Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 24 may 1965 (50 yaşında)
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri Xoçik qəbiristanlığı, Nuxa (indiki Şəki)
Həyat yoldaşı Nəzirə Məmmədova
Uşaqları 8 qız və 1 oğlan (Hüseyn Rəşidov)
Atası Həbibulla
Anası Firuzə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • A.Hacıyev adına Bakı Hidrotexnikumunu (–1938)

 • Serqo Ordjonikidze adına Novoçerkassk politexnik institutu, su mühəndisliyi fakültəsi (1965–1962)
Mükafatları "Qırmızı Ulduz" ordeni — 1945

Yusif Rəşidov (1915–1965) ― tanınmış su təsərrüfatı mühəndisi, Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi Nuxa Rayon Su İdarəsinin müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

31 mart 1915-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1930-cu illərin ortalarında Nuxa şəhər 10 №-li orta məktəbini,

1938-ci ildə A.Hacıyev adına Bakı Hidrotexnikumunu bitirib.

1956 – 1962-ci illərdə Serqo Ordjonikidze adına Novoçerkassk Politexnik İnstitutunun su mühəndisliyi fakültəsində təhsil alıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

Yusif Rəşidovun hərbi sənədlərindəki gənclik şəkli.

22 iyun 1941-ci il tarixdə – Böyük Vətən müharibəsinin başladığı gün, hərbi xidmətə götürülüb.

29 iyul 1942-ci il tarixdə Rostov vilayətində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşməsi ilə bağlı Nuxa şəhər Nakam küçəsi 1-ci döngə, ev 8 ünvanında yaşayan anası Firuzə Məmmədovaya rəsmi məktub göndərilib. İtkin düşərkən kiçik leytenant rütbəsində olub və 31-ci atıcı diviziyanın 75-ci atıcı polkunun tağım (vzvod) komandiri idi. Lakin sonra tapılıb.

25 avqust 1945-ci il tarixdə ordudan tərxis olunub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Su təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb. Vəfat edərkən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi Nuxa Rayon Su İdarəsinin müdiri idi.

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

1957-ci ildə Nuxa rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

23 may 1965-ci il tarixdə avtomobil qəzasında ağır xəsarət alıb.

24 may 1965-ci il tarixdə — 50 yaşında, vəfat edib. Xoçik qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Рашидов Юсуф Габибуллаевич : [arx. 07.04.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 07.04.2024.
  2. Рашидов Юсуф Кабакулович : [arx. 07.04.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 07.04.2024.