Elvin Qarayev (elmi işçi)

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:05, 28 iyun 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Elvin QarayevAMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı.

Elvin Qarayev
Qarayev Elvin Mahir oğlu
Elvin Qarayev
Elvin Qarayev.
Doğum tarixi 29 yanvar 1993 (1993-01-29) (31 yaş)
Doğum yeri Şin, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, tarix və coğrafiya müəllimliyi ixtisası (2013–2017)
facebook səhifəsi

Haqqında məlumatlar

29 yanvar 1993-cü il tarixdə Şəki rayonunun Şin kəndində anadan olub.

Təhsili

2010-cu ildə orta məktəbi bitirib.

2013 – 2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.

Hərbi xidmətdə

2011 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

2017 – 2018-ci illərdə Şin kənd tam orta məktəbində tarix və coğrafiya müəllimi,

2018 – 2021-ci illərdə isə Azərbaycan Respublikasının Uşaq Hüquqlarının Müdafiəsi Liqasında autriç vəzifəsində çalışıb.

1 dekabr 2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin əməkdaşıdır.

Elmi fəaliyyəti

11 elmi məqalənin müəllifidir. 30-dan çox Beynəlxalq elmi konfransın, 1 Respublika elmi konfransın o cümlədən, II, III, IV “Təhsildə yeni çağırışlar” beynəlxalq təhsil forumunun iştirakçısıdır.

2023-cü ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzində aparılan tədqiqatlar zamanı Şəki rayonundakı Şin çayı və çayın ətraf ərazilərində elmi tədqiqatlar aparan zaman çayın üzərində yerləşən İtuçan şəlaləsini qeydə alıb.

İctimai-siyasi fəaliyyəti

Yeni Azərbaycan partiyasının, Azərbaycan Respublikası Gənc Müəllimlər Assosiasiyasının və Azərbaycan Gənc Maarifçilər Assosiasiyasının üzvüdür.

2020-ci ildə Şin kənd bələdiyyəsinin üzvü seçilib.