Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İzzət Əfəndiyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:22, 28 avqust 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
İzzət Əfəndiyeva
Əfəndiyeva İzzət Məmməd qızı
İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva.
Doğum tarixi 10 sentyabr 1950 (1950-09-10) (74 yaş)
Doğum yeri Kirovabad (indiki Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi fizika üzrə elmlər doktoru
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, fizika fakültəsi, rus bölməsi (1967–1972)
Atası Məmməd Əfəndiyev
Anası Nailə Babayeva
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2018
Adının digər versiyaları Izzet Efendiyeva, Izzat Afandiyeva, Иззәт Әфәндијева, Иззет Эфендиева, Иззат Афандиева

İzzət Əfəndiyeva — fizika üzrə elmlər doktoru, dosent, Bakı Dövlət Universiteti fizika fakültəsinin fiziki elektronika kafedrasının professoru və Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun əməkdaşı.

Haqqında məlumatlar

10 sentyabr 1950-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.

Təhsili

1967-ci ildə Kirovabad şəhər 1 №-li orta məktəbini bitirib.

1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində (rus bölməsində) təhsil alıb.

Əmək fəaliyyəti

1972 – 1974-cü illərdə Kirovabad şəhər 17 №-li dəmiryolu məktəbində fizika müəllimi,

1974 – 1977-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun Xüsusi konstruktor bürosunda mühəndis işləyib.

1977-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (daha sonrakı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, yaxud Bakı Dövlət Universiteti) müxtəlif vəzifələrdə çalışıb; o cümlədən,

1977 – 1989-cu illərdə yarımkeçiricilər fizikası elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi,

1989 – 1997-ci illərdə elmi-tədqiqat hissəsində nəşriyyat və sərgi işləri üzrə qrup rəhbəri, 1-ci prorektorun müavini,

1997 – 2018-ci illərdə böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi,

2012 – 2018-ci illərdə elmi-tədqiqat hissəsinin rəisi olub.

Elmi fəaliyyəti

1987-ci ildə “Keçid elementləri əsasında olan mürəkkəb oksidlərin – polyar dielektriklərin optik xassələri və elektron quruluşu” (01.04.10-yarımkeçiricilər və dielektriklər fizikası) mövzusunda namizədlik dissertasiyasını,

2013-cü ildə isə “Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd 2Si/n-Si, Al-TiW/n-Si, AlNi/n-Si, Al-TiCu/n-Si elektron quruluşu və daşınma mexanizmləri” (2211-01-bərk cisim fizikası) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2009-cu ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə dosent elmi adını alıb.

110-dan çox elmi əsərin müəllifidir. 2 elmlər namizədi və 3 magistr dissertasiyasına rəhbərlik edib.

İctimai-siyasi aktivliyi

1992 – 1997-ci illərdə “Bakı Universitetinin Xəbərləri” jurnalının məsul katibi,

1989 – 2005-ci illərdə Radiotexnika, Elektronika və Rabitə Elmi-Texniki Cəmiyyətin Rəyasət Heyətinin üzvü olub.

2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 182. — 1.000 nüsx.
  2. Əfəndiyeva İzzət Məmməd qızı : [arx. 8 Jul 2022 - 1 Aug 2024] // static.bsu.az. — Müraciət tarixi: 28.08.2024.