Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İsmət İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:54, 4 sentyabr 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İsmət İsmayılov
İsmayılov İsmət Şirəli oğlu
İsmət İsmayılov
İsmət İsmayılov.
Doğum tarixi 1924(1924-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Qudula, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi +1998
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Ə.Əzimzadə adına rəssamlıq məktəbi (natamam)

 • Kommunal-Tikinti Texnikumu
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1988
Uşaqları Hikmət və Bahar
Həyat yoldaşı Naimə Şəkixanova Məmmədxan qızı

İsmət İsmayılov (1924 –+1998) — tanınmış rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. Yaradıcılığının əsas istiqamətləri qrafika, rəngkarlıq (xüsusən, portret), tətbiqi sənət (parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma, nəqqaşlıq) idi.

Haqqında məlumatlar

1924-cü ildə Şəki qəzasının Qudula kəndində anadan olub.

Təhsili

Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.

Əvvəl Ə.Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub, lakin ailə vəziyyətinə görə təhsilini kommunal-tikinti texnikumunda davam etdirib.

Hərbi xidmətdə

1943-cü ilin avqust ayında ordu sıralarına çağırılıb. Qısamüddətli serjant (çavuş) məktəbini bitirib.

Əmək fəaliyyəti

Nuxa pionerlər evində və 7 №-li orta məktəbdə rəsm müəllimi, Ağdaş rayonunda tikintidə iş icraçısı, Şəkidə tikintidə mühəndis, kommunal təsərrüfatı idarəsində şöbə müdiri, ticarət idarəsinin soyuducu qurğusunda rəis və s. vəzifələrdə çalışıb,

1959-cu ildən isə V.İ.Lenin adına Nuxa İpək Kombinatının parça tərtibatı üzrə rəssamı olub.

Digər

Hərbi xidmətdə olarkən hərbi qərargahda rəssam kimi fəaliyyət göstərib, çoxlu sayda döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkib və bu portretlərin şəkli ordu qəzetlərində tirajlanıb.

1959 – 1965-ci illərdə Şəki xan sarayının bərpasında iş icraçısı olub.

1973-cü ildən keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Təltif və mükafatları

SSRİ-də təşkil olunmuş bir çox sərgilərin diplomları, bir sıra döyüş və əmək medalları ilə təltif edilib. Böyük Vətən müharibəsi və əmək veteranı olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. İsmayılov İsmət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 204. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2024. — В. 4 sentyabr. —№ 65 (2130)  c. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 sentyabr 2024.
    Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə : [arx. 04.09.2024] // Mədəniyyət qəzeti. — 2024. — 4 sentyabr. — Müraciət tarixi: 04.09.2024.