Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:15 avqust

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:43, 15 avqust 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Mustafa Qədimov

Tanınmış energetik-mühəndis Mustafa Qədimov (1909–1992) 15 avqust 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.

Şəkil: Mustafa Qədimov.



Nərgiz Əsgərzadə

Memarlıq elmləri namizədi, Azərbaycan SSR əməkdar arxitektoru Nərgiz Əsgərzadə (1929–2016) 15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub. O, 1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini, 1990–2007-ci illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

Şəkil: Nərgiz Əsgərzadə.



Vahab Allahverdiyev

Tanınmış teatr aktyoru Vahab Allahverdiyev (1958–2012) 15 avqust 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olmuşdur.

Şəkil: Vahab Allahverdiyev.



Hacı Səlim əfəndi

Tanınmış din xadimi, Şəki–Zaqatala bölgəsinin qazısı Hacı Səlim əfəndi (1940–2019) 15 avqust 2019-cu il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib. O, 1987-ci ildə Şəki–Zaqatala zonasına qazı təyin olunmuş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır.

Şəkil: Hacı Səlim əfəndi, 2018-ci il.



Tacəddin Aslanov

Tanınmış hüquqşünas, Şəki rayon Xalq Məhkəməsinin sədri Tacəddin Aslanov 15 avqust 1978-ci il tarixdə – 48 yaşında, Şəkidə vəfat edib. O, 1970 və 1975-ci illərdə Şəki Rayon Xalq Məhkəməsinin hakimi seçilmişdir. 1975-ci ildən həm də Şəki Rayon Xalq Məhkəməsinin sədri idi.

Şəkil: Tacəddin Aslanov.



<<əvvəlki gün 15 avqust sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)