Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:10 sentyabr

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:13, 10 sentyabr 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Hüseyn Əkbərov

Sovet dövründə Şəkidə tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr olmuş şəxs, Azərbaycan SSR əməkdar inşaatçısı Hüseyn Əkbərov (1913–1998) 10 sentyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Hüseyn Əkbərov.



Qalib Əhmədov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qalib Əhmədov (2001–2020) 10 sentyabr 2001-ci il tarixdə Şəki rayonunun Əliyar kəndində doğulub.

Şəkil: Qalib Əhmədov.



Qəmər Məmmədova

Azərbaycan Respublikasının əməkdar artistiəməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası Qəmər Məmmədova 10 sentyabr 1954-cü il tarixdə Bakının Biləcəri qəsəbəsində anadan olub. O, 1975 – 1979-cu və 1983 – 2002-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktirisası olmuşdur.

Şəkil: Qəmər Məmmədova.



Rəsul Rəsullu

Tanınmış pedaqoq və jurnalist, filologiya elmləri namizədi, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti, Azərbaycan SSR əməkdar müəllimi Rəsul Rəsullu (1908–1962) 10 sentyabr 1908-ci il tarixdə Nuxada (indiki Şəki) fəhlə ailəsində anadan olub.

Şəkil: Rəsul Rəsullu.



Səyyarə Musayeva

Şəki bələdiyyəsinin üzvü və sədr müavini Səyyarə Musayeva 10 sentyabr 1995-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub.

Şəkil: Səyyarə Musayeva.



İzzət Əfəndiyeva

Fizika üzrə elmlər doktoru, dosent, Bakı Dövlət Universiteti fizika fakültəsinin fiziki elektronika kafedrasının professoru və Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun əməkdaşı İzzət Əfəndiyeva 10 sentyabr 1950-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.

Şəkil: İzzət Əfəndiyeva.



<<əvvəlki gün 10 sentyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)