"Yusif Şükürlü" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 70: | Sətir 70: | ||
*{{cite web |url=http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609|title=Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu |author= |date= |website=http://www.science.gov.az/ |publisher=science.gov.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200119092317/http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609 |archivedate =10 Jan 2017 - 19 Jan 2020 }} | *{{cite web |url=http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609|title=Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu |author= |date= |website=http://www.science.gov.az/ |publisher=science.gov.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200119092317/http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609 |archivedate =10 Jan 2017 - 19 Jan 2020 }} | ||
*{{ŞAZ|1|530 – 431}} | *{{ŞAZ|1|530 – 431}} | ||
+ | {{Yaxşı məqalə}} | ||
+ | [[az:Yusif Şükürlü]] |
22:00, 24 iyul 2020 versiyası
Yusif Şükürlü | |
---|---|
Şükürlü Yusif Hacıbala oğlu | |
Yusif Şükürlü | |
Yusif Şükürlü | |
Doğum tarixi | 27 oktyabr 1948 |
Doğum yeri | Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru |
Elmi dərəcəsi | fizika-riyaziyyat üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili |
Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi Azərbaycan SSR EA-nın Fizika İnstitutu, aspirantura |
Yusif Şükürlü (Şükürlü Yusif Hacıbala oğlu; d. 27 oktyabr 1948-ci ildə, Baş Şabalıd, Nuxa rayonu, AzSSR, SSRİ) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007).
Haqqında məlumatlar
27 oktyabr 1948-ci il tarixdə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili
1966 – 1971-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub.
1995-ci ildən Azərbaycan EA Radiasiya Tədqiqatları Sektorunun doktorantıdır.
Əmək fəaliyyəti
1971 – 1974-cü illərdə Qəbələ rayonunun Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. O cümlədən, 1973 – 1974-cü illərdə Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
1974-cü ildə Şəki şəhərində 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində işləyib.
1975 – 1976-cı illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında əvvəl laborant, sonra isə kiçik elmi işçi vəzifəsini tutub.
1977 – 1990-cı illərdə Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə (1987-ci ildən) baş elmi işçi vəzifəsində çalışıb.
1990 – 2008-ci illərdə Şəki Regional Elmi Bazasında biofizika laboratoriyasına rəhbərlik edib.
1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialında əvvəl baş müəllim, sonra isə (1996-cı ildən) əvəzçi dosent vəzifəsində çalışıb.
2002 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsində işləyib.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şəki filialının təbiət elmləri və onların tədrisi metodikası kafedrasının dosentidir, o cümlədən, 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışıb.
2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktorudur.
Elmi fəaliyyəti
1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi,
2008-ci ildə dosent elmi adını alıb.
Ədəbi fəaliyyəti
2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Mənbələr
- "Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu". http://www.science.gov.az/ (azərb.). science.gov.az. 10 Jan 2017 – 19 Jan 2020 tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. Şükürlü Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 530 – 431. — 1.000 nüsx.