"Əkrəm Şəkinski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 58: | Sətir 58: | ||
===Təhsili=== | ===Təhsili=== | ||
− | 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. | + | 1954-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. |
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== |
14:53, 16 noyabr 2020 versiyası
Əkrəm Şəkinski | |||||||
---|---|---|---|---|---|---|---|
Əkrəm Şəkinski | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
|
|||||||
Xələfi | vəzifə ləğv edilib | ||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 16 noyabr 1929 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Vəfat tarixi | 25 iyul 1998 | ||||||
Atası | Məmmədəmin Şəkinski | ||||||
Həyat yoldaşı | Fərəh Şəkinskaya | ||||||
Təltifləri |
Əkrəm Məmmədəmin oğlu Şəkinski — Azərbaycan dövlət və siyasi xadimi, tanınmış mühəndis.
Haqqında məlumatlar
16 noyabr 1929-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1954-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.
Əmək fəaliyyəti
Yeniyetmə yaşlarında Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi, sonralar SSRİ “Baştunelmetrotikinti” İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı, daha sonralar isə əvəvl “Azneft” birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsində seysmik kəşfiyyat partiyasının böyük radiotexniki, sonra idarənin baş mühəndisi vəzifəsində işləyib.
1966-1968-ci illərdə “Texnoeksport” Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi İrana xidməti ezamiyyətdə olub. Orada onun rəhbərliyi ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat sayəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanıb.
1969-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin “Azneftgeofizkəşfiyyat” Trestinin müdiri vəzifəsinə təyin olunub.
1974-cü ilin aprelində Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.
Digər
Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə Ə.Şəkinski hökumət komissiyalarının heyətində - 1969-cu ildə İranda, 1973-cü ildə Nigeriyada olmuşdur.
Ə.Şəkinski bir sıra dövlət və hökumət komissiyalarının üzvü idi. Sovet İttifaqı nümayəndə heyətinin tərkibində 1989-cu ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş XXVIII Ümumdünya Geoloji Konqresin işində fəal iştirak etmişdi.
X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri, medallarla, respublika Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar geoloqu" və "SSRİ Yer təkinin fəxri kəşfiyyatçısı" fəxri adlarını almışdı.
Vəfatı
25 iyun 1998-ci il tarixdə − İstanbul şəhərində xidməti ezamiyyətdə olarkən vəfat edib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Şəkinski Əkrəm // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 523. — 1.000 nüsx.
- Yusifzadə Y., Əlizadə Y., Quliyev A. (2009.- 15 noyabr). "Əsl vətəndaşlıq nümunəsi". http://anl.az/ (azərb.). “Azərbaycan” qəzeti. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1929-cu ildə doğulanlar
- 16 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1998-ci ildə vəfat edənlər
- 25 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr