"Məmmədəmin Şəkinski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 35: | Sətir 35: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 15 mart 1900-ci ildə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar tərcüməçi işləyirdi. 1909-cu ildə | + | 15 mart 1900-ci ildə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar – tərcüməçi işləyirdi. |
+ | |||
+ | 1909-cu ildə ailəvi olaraq [[Şəki|Nuxa]] şəhərinə qayıdıblar. | ||
+ | |||
+ | 1914-cü ildə atası vəfat edib. | ||
+ | |||
+ | 1919-cu ildə anası vəfat edib. | ||
===Təhsili=== | ===Təhsili=== |
16:53, 1 dekabr 2020 versiyası
Məmmədəmin Şəkinski | |
---|---|
Şəkinski Məmmədəmin Əhməd oğlu | |
Məmmədəmin Şəkinski | |
Anadan olub | 15 mart 1900 |
Anadan olduğu yer | Aşqabad, Zakaspiysk vilayəti, Rusiya İmperiyası |
Vəfat edib | 28 sentyabr 1979 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | yol-atomobil qəzası |
Uşağı | Əkrəm Şəkinski |
Atası | Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (? – 1914) |
Anası | Səltənət Hüseyn qızı (? – 1919) |
Mükafatları |
Məmmədəmin Şəkinski – Azərbaycan sovet dövlət xadimi; sovet milis polkovniki. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab edilir. Azərbaycan SSR-nin maarif komissarı olmuş Məmmədsadıq Əfəndiyevin (1902 – 1942) qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin atası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmuş, polis general-mayoru Emin Şəkinskinin babasıdır.
Haqqında məlumatlar
15 mart 1900-ci ildə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar – tərcüməçi işləyirdi.
1909-cu ildə ailəvi olaraq Nuxa şəhərinə qayıdıblar.
1914-cü ildə atası vəfat edib.
1919-cu ildə anası vəfat edib.
Təhsili
1920-ci ildə Bakıda 2-ci dərəcəli gimnaziyanı bitirib.
Əmək fəaliyyəti
1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.
1920 – 1923-cü illərdə Azərbaycan Qırmızı Ordusunda rəhbər partiya-siyasi sahədə salışmış, əvəvl alay hərbi komissarı, sonra Azərbaycan diviziyasının hərbi komissarının müavini olmuşdur. O cümlədən, 1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak edib.
1924-cü ilin əvvəlindən S.M.Kirovun zəmanəti ilə Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik edib.
1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində çalışıb.
Daha sonra Bakı Sovetində sədr müavini olub.
1933-cü ildə Yevlax pambıq zavodunun direktoru vəzifəsinə təyin olunub.
1934 – 1935-ci illərdə əvvəlcə Yevlax qəsəbə sovetinin, sonra isə Yevlax rayon icraiyyə komitəsinin sədri olub.
1936 –1937-ci illərdə əvvəlcə Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini, sonra isə Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifəsində çalışıb.
1947-ci ildə cəza müddətindən (1939 – 1947) sonra Kolımadan Krasnodar vilayətinə göndərilmiş, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləmişdir[1].
1955 – 1957-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivində işləyib.
1960 – 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi olub[2]; fərdi (İttifaq əhəmiyyətli) pensiyaya çıxması ilə əlaqədar 1967-ci il iyun ayının 19-dan vəzifəsindən azad edilib.
1968 – 1975-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi “Azərneft” Birliyinin hərbiləşdirilmiş mühafizə xidmətinin rəis müavini,
1979 – 1979-cu illərdə isə “Azərneft”in hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi olub[3].
Siyasi fəaliyyəti
1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına daxil olub. Partiyanın Qafqaz Komitəsi və “Hümmət” təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilmiş, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak edib. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində onun təklifi ilə V.İ.Leninə təbrik teleqramı göndərilib.
1918-ci ildə “Hümmət”in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi olarkən fəhlələr arasında,
1919 – 1920-ci illərdə Azərbaycan Cümhuriyyəti ordusunun əsgəri olarkən isə fəhlələr arasında bolşevik təbliğatı aparıb.
1937-ci ildə Azərbaycan K(b)P sıralarında xaric olunub.
15 noyabr 1955-ci il tarixdə Azərbaycan KP MK Bürosunun qərarı ilə partiya üzvlüyünə bərpa edilib.
=Məhkunluğu və bəraət alması
1937-ci ilin noyabrında həbs edilmiş, 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Kolıma həbs düşərgəsinə göndərilmişdir.
1955-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığına və qanunsuz həbs edildiynə görə ona bəraət verib, 1".
=Mükafatları
- Qızıl Xəncər – Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə (1921)
- “Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə” medalı (1930).
- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin fəxri fərmanı və radioqəbuledici mükafatı – Yevlax şəhərində sosializm quruculuğuna görə (1935).
- Lenin ordeni.
Vəfatı
28 sentyabr 1979-cu il tarixdə, gündüz saat 3:30 radələrində, nahar fasiləsindən işə piyada qayıdarkən Hüsü Hacıyev küçəsində avtomobil vurması nəticəsinə həlak olub[3].
Xatirəsi
Ölümündən iki gün sonra – sentyabrın 30-da, Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetində vəfatı münasibəti ilə nekroloq dərc olunub. Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov, Y.P.Puqoçov, H.Z.Seyidov, Ə.H.Kərimov, K.M.Bağırov, F.Ə.Əliyev, F.H.Əhmədov və başqaları imzalamışdır[3].
Ədəbiyyat
- Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
- Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 504. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Şəkinski Məmmədəmin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 522 – 523. — 1.000 nüsx.
- "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski // Ekspress : qəzet. — Bakı, 2012, 2 – 4 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski // Ekspress : qəzet. — Bakı, 2012, 23 – 25 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski // Ekspress : qəzet. — Bakı, 2011, 9-11 iyul. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- ↑ Teyyub Qurban, 2012, 23 – 25 iyun, s. 15.
- ↑ Teyyub Qurban, 2011, 9-11 iyul, s. 15.
- ↑ 3,0 3,1 3,2 Teyyub Qurban, 2012, 2 – 4 iyun, s. 15.
- M
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkinskilər
- 1900-cü ildə doğulanlar
- 15 martda doğulanlar
- Martda doğulanlar
- 28 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Lenin ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr