"Qurtuluş Süleymanlı" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 36: | Sətir 36: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Qurtuluş Süleymanlı''' (1942 – 2020) – şair, yazıçı, publisist, 2003 – 2010-cu illərdə 4 kitabı çap olunub. Müxtəlif illərdə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki rayon radio verilişləri redaksiyasının | + | '''Qurtuluş Süleymanlı''' (1942 – 2020) – şair, yazıçı, publisist, 2003 – 2010-cu illərdə 4 kitabı çap olunub. Müxtəlif illərdə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki rayon radio verilişləri redaksiyasının böyük redaktoru və s. vəzifələrdə çalışıb. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
01:51, 17 dekabr 2020 versiyası
Qurtuluş Süleymanlı | |
---|---|
Cabbarov Qurtuluş Məmmədiyyə oğlu | |
Qurtuluş Süleymanlı | |
Qurtuluş Süleymanlı | |
Doğum tarixi | 29 oktyabr 1942 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 14 dekabr 2020 (78 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Atası | Məmmədiyyə Cabbarov |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil və ədəbiyyat fakültəsi ( – 1968) Bakı Ali Partiya Məktəbi (1973 – 1975) |
Fəaliyyət illəri | 1957 – 2010 |
İlk əsəri | “Ana” şeiri |
Qurtuluş Süleymanlı (1942 – 2020) – şair, yazıçı, publisist, 2003 – 2010-cu illərdə 4 kitabı çap olunub. Müxtəlif illərdə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki rayon radio verilişləri redaksiyasının böyük redaktoru və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1942-ci ildə Nuxada anadan olub.
Təhsili
1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib.
1973 – 1975-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
1960-cı ildə V.İ.Lenin adına Nuxa İpək kombinatında toxucu kimi əmək fəaliyyətinə başlayıb.
1965-ci ildən, əvvəl Nuxa şəhər Mədəniyyət evində təlimatçı, sonralar isə Nuxa şəhər mədəniyyət şöbəsində inspektor, radio verilişləri redaksiyasının böyük redaktoru, Şəki şəhər partiya komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri, Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki şəhər İcra hakimiyyətinin humanitar şöbəsində baş məsləhətçi, Şəki şəhər təhsil şöbəsində inspektor, AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində çalışıb.
Yaradıcılıq fəaliyyəti
1957-ci ildə – 7-ci sinifdə oxuyarkən, “Nuxa fəhləsi” qəzetində dərc olunmuş “Ana” şeiri ilə ədəbi fəaliyyətə başlayıb. Həmin ildə “Səbuhi” ədəbi məclisinə üzv qəbul edilib. Şeirləri, hekayələri, oçerkləri, publisist yazıları müxtəlif illərdə yerli (“İpəkçi”, “Şəkinin səsi”, “Şəki”), digər bölgə (“Mingəçevir işıqları”) və respublika (“Ədəbiyyat və İncəsənət”, “Azərbaycan müəllimi”, “Sərbəst düşüncə”, “Ocaq”, “Sovet kəndi”, “İnşaatçı”, “Ekran-efir”, “İdman”, “Gənc müəllim”, “Mədəniyyət”, “Azərbaycan gəncləri”) qəzetlərində, respublika jurnallarında (“Azərbaycan qadını”, “Mədəni maarif işi”, “Təşviqatçı”, “Göyərçin”, “Günəş”, “Təbiət”) dərc olunub, bəziləri isə radio və televiziyada da səsləndirilib.
Kitabları
- Günəşli dünyam.
- İnsan ol.
- Şəkim mənim.
- Dünya və insan.
Vəfatı
14 dekabr 2020-ci il tarixdə – 78 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
Ədəbiyyat
- Orsər R. Qurtuluş Süleymanlı // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 1942. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1942-ci ildə doğulanlar
- 29 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 14 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr