Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

"Cəlil Hüseynov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 65: Sətir 65:
  
 
1976-cı ildən Azər­baycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olub.
 
1976-cı ildən Azər­baycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olub.
 +
 +
===Mükafatları===
 +
* [[Azərbaycan SSR Əməkdar elm xadimi]] adı (1957);
 +
* [[Lenin ordeni|“Lenin” ordeni]], 2 dəfə;
 +
* [["Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)|“Qırmızı Əmək Bayrağı” ordeni]];
 +
* [["Şərəf Nişanı" ordeni|“Şərəf nişanı” ordeni]];
 +
* medallar.
  
 
===Vəfatı===
 
===Vəfatı===
21 mart 1979-cu il tarixdə, Bakıda vəfat edib.
+
21 mart 1979-cu il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.
  
===Mükafatları===
 
1957-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
 
Sə­mərəli elmi-pedaqoji fəaliyyətinə görə 2 dəfə “Lenin” ordeni, 2 dəfə “Qır­mızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilib.
 
 
===Xatirəsi===
 
===Xatirəsi===
 
Şəkidə adına küçə var.
 
Şəkidə adına küçə var.
Sətir 82: Sətir 86:
 
''Qızları:'' Gülarə Hüseynova – tibb elmləri namizədi, dosent, patomorfoloq elektronomikroskopist;  Ədilə Hüseynova – fizik, Moskva Dövlət Universitetinin məzunu.
 
''Qızları:'' Gülarə Hüseynova – tibb elmləri namizədi, dosent, patomorfoloq elektronomikroskopist;  Ədilə Hüseynova – fizik, Moskva Dövlət Universitetinin məzunu.
  
''Nəvələri:'' Elmira Nəcəfova - həkim-psixoterapevt; Murad Hüseynov – pianist musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti; Fuad və Fərhad Hüseynovlar – musiqiçi və damaçı; Zaur Hüseynov – mühəndis; Leyla Məmmədova - kafedra dosenti.
+
''Nəvələri:'' Elmira Nəcəfova həkim-psixoterapevt; Murad Hüseynov – pianist musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti; Fuad və Fərhad Hüseynovlar – musiqiçi və damaçı; Zaur Hüseynov – mühəndis; Leyla Məmmədova kafedra dosenti.
  
 
== İstinad və qeydlər ==
 
== İstinad və qeydlər ==

23:18, 24 dekabr 2020 versiyası

Cəlil Hüseynov
Hüseynov Cəlil Yusif oğlu
Cəlil Hüseynov
Cəlil Hüseynov
Doğum tarixi 28 dekabr 1896(1896-12-28)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 21 mart 1979 (82 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi tibb
İş yeri Azərbaycan Dövlət Tibb İnsti­tutunda patoloji anatomiya kafedra­sının müdiri
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı akademik
Təhsili Azər­baycan Dövlət Univer­siteti, tibb fakültəsi
Həyat yoldaşı Leyla Adıgözəlova
Uşaqları Fərid Hüseynov, Gülarə Hüseynova, Ədilə Hüseynova
Mükafatları Lenin ordeniLenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni
“Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı

Cəlil Hüseynov (Hüseynov Cəlil Yusif oğlu; d.  28 dekabr 1896-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  21 mart 1979-cu il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alım, sovet patanatomu və Azərbaycanda patoloji anatomiyanın banilərindən biri[1], Azərbaycan Dövlət Tibb İnsti­tutunun patoloji anatomiya kafedra­sının müdiri (1946 – 1979), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967-ci ildən).

Haqqında məlumatlar

1896-cı ildə Nuxada anadan olub.

Təhsili

1924-cü ildə Azər­baycan Dövlət Univer­sitetinin tibb fakültəsini bitirib.


Əmək fəaliyyəti

1924 – 1946-cı illərdə akademik İ.İ.Şirokoqorovun rəhbərlik et­diyi pato­loji anatomiya kafedrasında assistent, dosent, 1936-cı ildən sonra isə professor vəzifə­sində çalışıb.

1946 – 1979-cu illərdə Azərbaycan Dövlət Tibb İnsti­tutunun patoloji anatomiya kafedra­sının müdiri, eyni zamanda Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloq­anatomu olub.

Elmi fəaliyyəti

1925-ci ildə “Muğan malyariya ekspedisi­ya­sı”nın Cənub – Muğan qrupuna rəhbərlik edib.

1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilib.

200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin, o cümlədən, azərbay­can dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi pato­loji anatomiya” (1977) dərsliklərinin[2], həmçinin, apardığı elmi tədqiqat işlərinin nəticə­lərinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların pato­mor­fologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struk­tur dəyişik­liklər (makro-, mikro- və elektron mikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifidir.

İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəz­dində his­tologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azər­bay­can dilində mü­hazirə və praktik dərslər aparıb.

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə azərbaycan dilində 2500 termindən ibarət terminoloji lüğət tərtib etmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunub. Xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak etmiş, elmi məru­zə­lərlə çıxış etmişdir.

Elmi-ictimai aktivliyi

1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri,

1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü,

1976-cı ildən Azər­baycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olub.

Mükafatları

Vəfatı

21 mart 1979-cu il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Şəkidə adına küçə var.

Ailəsi

Həyat yoldaşı: Leyla Adıgözəlova, həkim-terapevt;

Oğlu: Fərid Hüseynov, mühəndis-elektronik;

Qızları: Gülarə Hüseynova – tibb elmləri namizədi, dosent, patomorfoloq elektronomikroskopist; Ədilə Hüseynova – fizik, Moskva Dövlət Universitetinin məzunu.

Nəvələri: Elmira Nəcəfova – həkim-psixoterapevt; Murad Hüseynov – pianist musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti; Fuad və Fərhad Hüseynovlar – musiqiçi və damaçı; Zaur Hüseynov – mühəndis; Leyla Məmmədova – kafedra dosenti.

İstinad və qeydlər

  1. Hüseynov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 290. — 80.000 nüsx.
  2. “Ümumi patoloji anatomiya” (1963) və “Xüsusi pato­loji anatomiya” (1977) dərsliklərinə görə 1979-cu ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

İstifadə edilmiş mənbələr

  • Hüseynov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 290. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 244-245. — 1.000 nüsx.
  • Azərbaycan Milli Elmlər Akademiyası. "Hüseynov Cəlil Yusif oğlu/ Vəfat etmiş həqiqi üzvlər". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 18 Jul 2019 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə