"Dinar" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 36: Sətir 36:
  
 
===Müqəddəs elan olunması===
 
===Müqəddəs elan olunması===
[[Şəkil:Saint_Queen_Dinar.jpg|thumb|right|300px|Müasir gürcü ikonoqrafiyasında Dinar (Moskva kremlindəki analoji obraz]]
+
[[Şəkil:Saint_Queen_Dinar.jpg|thumb|left|200px|Müasir gürcü ikonoqrafiyasında Dinar (Moskva kremlindəki analoji obraz]]
 
“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və [[Gürcü pravoslav kilsəsi]] onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariçə Dinarın anım günüdür.
 
“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və [[Gürcü pravoslav kilsəsi]] onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariçə Dinarın anım günüdür.
  

19:40, 19 yanvar 2021 versiyası

Dinar
Dinar
Dinar ağ atın belində – Moskva kremlinin mərmər palatası, taxt-tac zalının şimal tərəfdəki divarında şəkil.
Şəki çariçəsi
ən geci 1010-cu il — ən tezi 1014/1015-ci il
Şəxsi məlumatlar
Dini xristian
Atası III Adərnerse
Həyat yoldaşı Atrnerseh

Dinar — XI əsrin ikinci onilliyinin əvvəllərində Şəkidə hökmdar olmuş çariçə. Hakimiyyətə gəldiyi vaxt və hakimiyyətinin son tarixi məlum deyil. Atası Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adərnerse, babası Tao-Klarceti knyazı I Qurgen idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır.

Haqqında məlumatlar

Dinar (Şəki-Kaxeti sərhədi IX-X əsrin əvvələrində)
Red pog.png
Yuxarı Bodbe
Red pog.png

Aşağı Bodbe
David Musxeleşviliyə görə gürcü mənbələri IX əsr -X əsrin əvvəlləri üçün Şəki-Kaxeti sərhəddini bu şəkildə göstərir (müasir xəritə üzərində).

“Kartli salnaməsi”ə görə

" Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin bacısının oğlu idi, onun anası çariçə Dinar onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[1]. "

“Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[2]. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[3].

XI əsr gürcü tarixçisi Sumbat Davitisdze yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu

" Georginin hakimiyyəti dövründə Herret-Kaxeti ölkəsi müstəqillik əldə etdi, aznaurların xəyanətinə görə eristavlar tutuldu və əvvəlki hakimlər öz ölkələrinə sahib oldular[4]. "

Burada adları çəkilməsə də çariçə Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariçə Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı[2]. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariçə Dinar haqqında isə heç bir məlumat yoxdur.

Müqəddəs elan olunması

Müasir gürcü ikonoqrafiyasında Dinar (Moskva kremlindəki analoji obraz

“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariçə Dinarın anım günüdür.

Rusiyada Dinara

Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçəsi Dinara haqqında povest”in (rus.: Повесть об Иверской царице Динаре) baş qəhrəmanı hesab edilir. Povest öz dövründə çox məşhur olmuş, IV İvan Qroznı 1552-ci ildə Kazanı tutan vaxt oxunmuşdur.

Qəbri barədə iddialar

Çariçə Dinara aid olması ehtimal edilən qəbir.

Müasir erməni tədqiqatçılarından tarix elmləri doktoru Qriqor Qriqoryan hesab edir ki, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırı ərazisində aşkar olunmuş və üzərində erməni əlifbası ilə “Dinar” yazılmış qəbir, məhz, Atrnersehin arvadı Dinarın qəbridir[5]. Qriqor Qriqoryan Vahavəng monastırı ərazisində arxeoloji qazıntılara rəhbərlik etmişdir.

Tao-Klarceti knyazlarının nəsl şəcərəsində Dinar (ingiliscə)

İstinadlar

Həmçinin bax

Şəki dövləti

Linklər

Mənbələr

  1. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
  2. Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
  3. Григорян Г. М. Новонайденные надписи Ваанаванка (rus.) // Ист.-филол. журн.. — 1972. — С. 215-229.

Şablon:Yaxşı məqalə